PDF Oxu

Siyasət

  • 14

Zahid Oruc: “Müsavatın Əli Kərimlinin ünvanına yönələn sərt ittihamlarının köklü əsasları var”

Zahid Oruc: “Müsavatın Əli Kərimlinin ünvanına yönələn sərt ittihamlarının köklü əsasları var”

"Əli Kərimli və Cəmil Həsənli arasında konkret olaraq mənəvi, siyasi işbirliyinin olmağına cəmiyyəti inandırmaq qəti şəkildə mümkün deyil. Çünki, bu adamlar bir dəfə yollarını çox kəskin ittihamlarla ayırıblar". Bunu SİA-ya millət vəkili Zahid Oruc söyləyib.Z.Oruc qeyd edib ki, Ə.Kərimli ilə yolları ayrılana qədər Cəmil Həsənli bütün varlığı ilə iqtidarla daha yaxından əlaqələr qurmağa cəhd edib: "Bunun real nümunələri var. Bunu seçki qabağı canlı efirdə onun üzünə söyləmişik. Uğursuzluğa düçar olandan sonra Cəmil Həsənli Əli Kərimli ilə yollarını ayırdığından təkrar müxalif cinaha dönmədi. Yenidən parlamentə seçildikdən sonra bir qədər də irəli getmək xəttini tutdu. Məhz o dövrdə Cəmil Həsənli Prezident yanında Təhsil Komissiyasına da üzv seçildi. Onun faktiki olaraq müxalifətçiliyinin əsası 2010-cu ildə parlamentə yenidən seçilməyəndən sonra qoyulub. Heç o zamanda bu prosesə cani dildən qərar vermirdi. Məlum kitablarının çapına vəsait tapmayandan və ya iddialarına müsbət cavab almayandan sonra təkrar Əli Kərimli cinahına qayıtdı və saxta birliyin əsası qoyuldu".Millət vəkili bildirib ki, Müsavatla onlar arasındakı savaşın dərin kökləri var: "Bu, 1992-ci ildən bəri özünü göstərir. Hətta cəbhə hakimiyyəti dövründə bu özünü kəskinliklə təzahür etdirməkdə idi. Bu gün Müsavat cinahının Əli Kərimlinin ünvanına yönələn sərt ittihamlarının da köklü əsasları var. Çünki, Əli Kərimli müxalifət cinahında dağıdıcılığın simvolu kimi xarakterizə olunur. Heç zaman onun çevrəsində bir inteqrasiya modeli qurmaq mümkün olmayıb. Əminəm ki, bunların arasındakı antiqonizm cəmiyyət üçün nəticələr çıxarmağa imkan verir. Belə adamlar guya bir ideyanı, vahid bir siyasəti, hakimiyyət əleyhinə olan bir mövqeni bölüşdükləri halda özləri bir-birini didirlər. Cəmiyyət də heç bir halda konfliktdə olan qüvvələrə öz taleyini bağlamaz. Çünki, onlar həmin münasibətləri iqtidara daşıyacaqlar. Dünən əllərində heç bir sərəncam vermək hüquqları olmadığı halda belə bir davanı aparırdılarsa, sabah hər hansı bir Nazirlikdəki iki şöbədə vəzifə tutsalar, bir-birinə qəsd etmələri naminə həmin vəzifələri də dövlətin, vətənin, millətin əleyhinə işlədəcəklər. Ona görə də hansının qalib gəlməyindən asılı olmayaraq, cəmiyyət bunların ikisini də çıxdaş edib".

sia.az

Digər xəbərlər