PDF Oxu

Siyasət

  • 13

Sahib Alıyev: “Ermənilər indi də təzə təxribata əl atıblar” MÜNASİBƏT

Sahib Alıyev: “Ermənilər indi də təzə təxribata əl atıblar” MÜNASİBƏT

"Ermənilər girov götürdükləri iki soydaşımızın diversant olmalarını heç cür təsdiqləyə bilmədiklərindən indi də təzə təxribata əl atıblar". SİA-nın xəbərinə görə, bu barədə millət vəkili Sahib Alıyev öz "facebook" səhifəsində məlumat paylaşıb.Deputatın sözlərinə görə, onlar 2013-cü ildə mövqelərimizi keçərkən əsir götürülən və bir il sonra Ermənistana təhvil verilən Hakop İncəqulyana dedirdirlər ki, guya Dilqəm Əsgərov və Şahbaz Quliyevlə Kəlbəcərə gedən Həsən Həsənov MTN-nin əməkdaşı olub və o, həmin Hakopu MTN-nin təcridxanasında dindiribmiş: "İncəqulyanın dili ilə səsləndirilən bu kobud yalan onun üçündür ki, erməni məntiqinə görə əgər qətlə yetirdikləri Həsən Həsənov MTN-nin əməkdaşı idisə, demək ona qoşulub Kəlbəcərə gedənlər də diversantdırlar. Əslində isə heç kimə sirr deyil ki, rəhmətlik Həsən Həsənov da, Şahbaz Quliyev də girov götürülənədək bir neçə dəfə Kəlbəcərdə olmuş, Dilqəm Əsgərova qoşulub ora getmişdilər".

sia.az

Digər xəbərlər