PDF Oxu

Siyasət

  • 33

Təşkilat sədri DMP-nin yaranmasına etiraz edib YENİ FAKTLAR

Təşkilat sədri DMP-nin yaranmasına etiraz edib YENİ FAKTLAR

"Hesab edirəm ki, Rövşən Qəmbərin İsa Qəmbərə Arif Hacılının başqanlıqdan uzaqlaşdırılması və növbədənkənar qurultayın keçirilməsi ilə bağlı vaxt verməsi və bu alınmadığı təqdirdə, Demokratik Müsavat Partiyasını (DMP) yenidən bərpa edəcəyi ilə bağlı təklifi çox maraqlıdır". Bunu SİA-ya Müsavatdan istefa vermiş keçmiş partiya funksioneri Səxavət Əlisoy deyib.Keçmiş partiya funksionerinin sözlərinə görə, təklifin maraqlı cəhəti odur ki, bu, İsa Qəmbərin qardaşı tərəfindən ortaya atılıb: "Ancaq mən o barədə düşünmürəm ki, R. Qəmbərin Demokratik Müsavat Partiyasını yenidən bərpa etdikdən sonra mən də ora qatılacağam. Biz heç bunu dostlarımızla müzakirə belə etməmişik. Çünki, bizim qarşımızıda əsas məqsəd kimi növbədənkənar qurultayın çağırılmasına nail olmaq dayanır. Hələlik, R. Qəmbərin Demokratik Müsavat Partiyasına qatılmaq barədə düşünmürük. Amma hesab edirəm ki, dostlarımızla bu məsələni müzakirə etməyə dəyər".Məsələ ilə bağlı "Vəhdət" Partiyası Sumqayıt şəhər təşkilatının sədri Vasif Əfəndiyev isə bunları deyib: "Mən DMP-nin yaranmasına etiraz edirəm. Ən azından ona görə k, bu ad mənə məxsusdur. Vaxtilə Rəsulzadə bu partiyanı adına layiq yarada bilməyəcəyini görərək, nizamnamə və məramnaməni arxivə qoymalı olub. İndi isə ideologiyasız Müsavat qolundan qopmuş bir qrupun bu ada sahiblənəcəyini qəbul edə bilmərəm".

sia.az

Digər xəbərlər