Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi üzrə alt komitəsinin iclasında iştirak etmək üçün dekabrın 2-də Parisə yola düşəcək. SİA-nın Milli Məclisin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tədbirdə Avropada dözümsüzlük və diskriminasiya ilə mübarizə və digər mövzularda müzakirələr aparılacaq.
Səfər çərçivəsində deputat Sahibə Qafarova Londonda "Böyük Britaniyada qadınlara qarşı zorakılıqla mübarizə" mövzusunda keçiriləcək seminarda da iştirak edəcək.
Deputatın səfəri dekabrın 10-da başa çatacaq.
sia.az