YAP Xaçmaz rayon təşkilatı 23 dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasına başlamışdır. Dünən YAP Xaçmaz rayon təşkilatının qərargah üzvləri və təbliğat qrupunun üzvlərinin iştirakı ilə Hülövlü seçiciləri ilə görüş keçirildi. Görüşü YAP Xaçmaz rayon təşkilatının sədri, Seçki Qərargahının sədri Nazim Ağayev ölkədə gedən icitmai-siyasi proseslərin uğurlu inkişafından, ölkə Prezidentinin uğurlu, daxili və xarici siyasətindən, ölkədə həyata keçirilən sosial layihələrdən və digər məsələlər haqqında məlumat verərək seçiciləri 23 dekabr 2014-cü il tarixində bələdiyyə seçkilərinə dəvət etdi və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdı.
N.Ağayev bələdiyyə seçkiləri kampaniyasına rəsmi start verildikdən sonra qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirir: "Artıq dekabrın 1-dən təbliğat-təşviqat kampaniyasına başlanılıb. Rayon Seçki Qərargahının üzvləri və təbliğatçılar partiya tərəfindən irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədlərin portretlərini və təbliğat şüarlarını təbliğat lövhələrinə vurublar. Eyni zamanda, namizədlərlə seçicilərin görüşləri də keçiriləcək. Qeyd edim ki, bu günə kimi işlərimizi YAP-ın İcra Katibliyinin tövsiyə və tapşırıqlarına uyğun olaraq qurmuşuq və bunun nəticəsidir ki, ancaq böyük üstünlüklər əldə edirik".
Rayon təşkilatının 17 nəfərdən təşkil olunmuş Seçki Qərargahının bələdiyyə seçkilərinə fəal şəkildə hazırlaşdığını deyən N.Ağayev 124 ilk partiya təşkilatında 8288 partiya üzvündən 3738 nəfərini qadınlar, 2981 nəfərini isə gənclər təşkil etdiyini vurğulayıb: "Rayonun 45342 mindən çox seçicisi 55 saylı Xaçmaz Şəhər Seçki Dairəsinin 39 məntəqəsində və 56 saylı Xaçmaz kənd Seçki Dairələrinin 44 məntəqəsində 38 bələdiyyəyə üzrə seçiləcək 360 nəfər yerə Yeni Azərbaycan Partiyasından Seçki Məcəlləsinə uyğun olaraq hər bir yerə bir namizəd irəli sürülmüşdür".
Görüşdə seçicilərdən Yavər Qasımov, Rafiq Balayev və başqaları çıxış edərək ölkə Prezidentinin həyata keçirdiyi uğurlu siyasətindən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasından, ölkəmizdə və eləcə də rayonda görülən işlərdən danışaraq seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə seçiciləri seçkilərə dəvət etdilər.
ÜLVİ