PDF Oxu

Siyasət

  • 28

QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclası keçirilir

QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclası keçirilir

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclası keçirilir. SİA-nın məlumatına görə, yüksək səviyyəli iclasda qarşıdan gələn dövr üçün elm və texnologiya üzrə əməkdaşlıq sahəsində 4 illik Fəaliyyət Planı, Bəyannamə və digər müvafiq sənədlər müzakirə edilib və qəbul olunub. Adıçəkilən sənədlər QDİƏT-in Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun Bakıda 2014-cü ilin 1-2 delabr tarixlərində keçirilmiş iclasında ekspertlər tərəfindən hazırlanıb. Bu iclasda Azərbaycan adından Elmin İnkişafı Fondunun təqdim etdiyi 2 illik fəaliyyət pıanı da müzakirə edilərək qəbul olunub.Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun sədrlik etdiyi iclasın işində QDİƏT-ə üzv olan Azərbaycan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstandan yüksək səviyyəli nümayəndə heyətləri iştirak edir.

sia.az

Digər xəbərlər