PDF Oxu

Siyasət

  • 19

Hansı partiyalar maliyyə yardımı ala bilər?

Hansı partiyalar maliyyə yardımı ala bilər?

Fazil Mustafa: "Səs limitini toplamayan partiyalara maliyyə yardımının ayrılması mümkünsüzdür"

"2015-ci ilin dövlət büdcəsindən siyasi partiyalara ayrılan maliyyə yardımı bu partiyaların inkişafına səbəb ola biləcək ən ciddi və uğurlu addımlardan biridir". Bu sözləri SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa bildirib.

Onun sözlərinə görə Azərbaycan hökümətinin QHT və partiya sektoruna olan müsbət münasibəti zaman keçdikcə daha da artmaqdadır: "Qanunun tələblərinə uyğun olaraq atılan bu addımlar partiyalar tərəfindən yüksək qiymətləndirilir. AXCP, Müsavat, ADP kimi partiyaların bu maliyyə yardımından kənarda qalması düşünmürəm ki, söz-söhbətlərə səbəb olsun. Çünki qanunla müəyyənləşdirilmiş səs limitini toplamayan partiyalara maliyyə yardımının ayrılması mümkünsüzdür. İlk öncə onlar xalqın müəyyən təbəqəsinin etimadını doğrultmalıdırlar. Yalnız bundan sonra onlar da bu maliyyə yardımının subyektinə çevrilə bilərlər".

sia.az

Digər xəbərlər