"Azərbaycanda terror təhlükəsinin olması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. Belə bir iddia ilə çıxış edənlər Azərbaycanı gözü götürməyən qüvvələrdir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Əhməd Vəliyev bildirib.Müxalifət mətbuatında Azərbaycanda terror təhlükəsinini olması ilə bağlı yayılan məlumatlara münasibət bildirən Ə. Vəliyev qeyd edib ki, Azərbaycanda stabillik, sabitlik, firəvanlıq, millətin, dövlətin təhlükəsizliyi tam şəkildə təmin olunub: "Fikir verirsinizsə, başqa ölkələr terrordan əziyyət çəkir, həmin ölkələrdə vətəndaşlar terrorçu kimi yetişir. Ancaq bizdə heç bir terror təhlükəsi yoxdur, insanlarımız sağlam düşüncəli vətəndaş kimi dövlətinə, milətinə xidmət edir. Təbii ki, həmişə kənardan olan görülür. Azərbaycanda hüquq-mühafizə orqanları, eləcə də Milli Təhlükəsizlik Nazirliyi işini yüksək səviyyədə qurub. İnsanlarımızın özü də millətə, dövlətçiliyə sədaqətlə xidmət edən vətəndaşlardır. 3-5 nəfərin fikirləri heç kim üçün önəmli deyil, onlar onsuzda uzun illərdir ki, öz məkrli niyyətlərindən əl çəkə bilmirlər".
sia.az