PDF Oxu

Siyasət

  • 22

Asəf Hacıyev: “Ermənistan bu haqda çox ciddi düşünməlidir” AÇIQLAMA

Asəf Hacıyev: “Ermənistan bu haqda çox ciddi düşünməlidir” AÇIQLAMA

"Ümumiyyətlə heç kim Türkiyə kimi bir dövlətə şərt qoya bilməz. Sadəcə olaraq onlar istəklərini bildirə bilərlər". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev Roma Papasının Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı istəyinə münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, heç kimə sirr deyil ki, Ermənistan - Türkiyə sərhədlərinin bağlanmasının səbəbi var: "Bu sərhəd ona görə bağlanıb ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bu problem həll olunmadan Ermənistan-Türkiyə sərhədlərinin açılması nə dərəcədə düzgündür? Bu mənada hesab edirəm ki, ilk öncə səbəb öz həllini tapmalıdır. Ermənistan işğal olunmuş torpaqlardan çəkilməlidir. Türkiyə sülhsevər dövlətdir. Qardaş ölkə bütün qonşuları ilə çox gözəl siyasət aparır. Hətta Türkiyənin aparıcı siyasətçiləri, rəhbərliyi dəfələrlə bəyan ediblər ki, "qonşularla sıfır problem". Yəni, rəsmi Ankaranın niyyəti odur ki, bu məsələ öz həllini tapsın. Ermənistan tərəfi bu haqda çox ciddi düşünməlidir. Nə qədər ki Azərbaycan torpaqları işğal altındadır, işğalçı ölkə ilə heç bir əlaqə - siyasi, iqtisadi, mədəni və s. yaradıla bilməz. Əgər onlar torpaqlardan çəkilsə, bu zaman əməkdaşlıqdan söhbət gedə bilər".A. Hacıyev Ermənistanın Avropa Birliyinə qoşulma istəyinə Rusiyanın reaksiyası necə ola bilər fikrinə də münasibət bildirərək deyib ki, bu məsələ heç bir zaman real ola bilməz: "Ümumiyyətlə, Avropa Birliyinə qoşulmaq sadə məsələ deyil. Ermənistanın ağır vəziyyətdə olan iqtisadiyyatı ilə bu məsələ heç müzakirə mövzusu da ola bilməz. İşğalçı ölkə sadəcə olaraq xəyallarla yaşayır".

sia.az

Digər xəbərlər