Türkiyə Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Türkiyəyə investisiya qoymaq marağı olan beynəlxalq investorlara texniki səviyyədə invesitisya mühiti, təşviq sistemi və investisiya haqqında birbaşa məlumat vermək məqsədi ilə beynəlxalq məlumatlandırma toplantıları təşkil edilməkdədir. Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət Başmüşaviri H. Necip Yavuzun SİA-ya verdiyi məlumata görə, bununla əlaqədar olaraq Türkiyə Respublikasının İqtisadiyyat Nazirliyinin məsul şəxsləri tərəfindən dekabrın 5-də Bakıda Azərbaycan iş adamları üçün məlumatlandırma toplantısı təşkil olunacaq.
sia.az