\r\n
\r\n
\r\n Dünən YAP Xaçmaz rayon təşkilatının qərargah üzvləri və təbliğat qrupunun üzvlərinin iştirakı ilə Carxi və Ləcət kənd seçiciləri ilə görüş keçirilib. YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti nəticəsində vətəndaşların sosial rifah halı daha da yaxşılaşıb, insanlar gələcəyə optimist baxırlar: \"Bu, onu göstərir ki, insanlar inkişaf siyasətinin davam etməsinin tərəfdarıdırlar, ona görə də bu seçkilərdə də məhz YAP-ın namizədlərinə səs verəcəklər\".
\r\n
\r\n N.Ağayev onu da bildirib ki, dekabrın 1-dən təbliğat-təşviqat kampaniyasına başlanılıb və partiya tərəfindən irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədlərin portretləri və təbliğat şüarları təyin edilən yerlərdə təbliğat lövhələrinə vurulub. Rayon təşkilatının sədri onu da vurğulayıb ki, işlərimizi YAP-ın İcra Katibliyinin tövsiyə və tapşırıqlarına uyğun olaraq aparırıq: \"Rayonun 45342 mindən çox seçicisi 55 saylı Xaçmaz Şəhər Seçki Dairəsinin 39 məntəqəsində və 56 saylı Xaçmaz kənd Seçki Dairələrinin 44 məntəqəsində 38 bələdiyyəyə üzrə seçiləcək 360 nəfər yerə Yeni Azərbaycan Partiyası Seçki Məcəlləsinə uyğun olaraq hər bir yerə bir namizəd irəli sürülmüşdür\".
\r\n
\r\n Görüşdə seçicilərdən Oktay Qurbanov, Aybəniz Əhmədli, İsrafil Novruzov, Maina Xanmətova, İlham Şeydayev, Mirvari Arzumanova, Çimnaz Qurbanova və başqaları çıxış edərək, ölkə Prezidentinin həyata keçirdiyi uğurlu siyasətindən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasından, ölkəmizdə və eləcə də rayonda görülən işlərdən danışaraq seçiciləri Yeni, Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdılar.
\r\n
\r\n
\r\n
\r\n Ü.ƏSGƏROV
\r\n
\r\n
\r\n