İsveçrənin Bazel şəhərində ATƏT-in Minsk qrupu (MQ) həmsədrlərinin görüşü keçiriləcək. Görüş çəçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla, eləcə də Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşü nəzərdə tutulub. SİA bu barədə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlikin şəxsi "Twitter" səhifəsinə istinadən xəbər verir."Görüş iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üzrə növbəti addımların müzakirəsini davam etdirəcəklər"- deyə, Uorlik öz səhifəsində qeyd edib.Xatırladaq ki, 4-5 dekabr tarixlərində ATƏT iştirakçısı olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 21-ci iclası keçiriləcək. İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək.
sia.az