PDF Oxu

Siyasət

  • 12

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, ölkə qəzetlərinin baş redaktorları və Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri iştirak edib.AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, 2014-cü il Azərbaycan futbolu üçün uğurlu il oldu: "Bakı şəhəri 54 ölkənin19 şəhərindən biri seçilib. Biz belə fikirləşdik ki, artıq müsabiqəyə təqdim olunan yazılarla bağlı kitab dərc edib, ictimaiyyətə tədqim edək".KİVDF-nın icraçı diektoru Vüqar Səfərli isə diqqətə çatdırıb ki, gələn il Azərbaycanda birinci Avropa Oyunlarının keçirilməsi ölkəmizin idmana nə dərəcədə böyük diqqət göstərdiyinə bariz sübutdur: "Müsabiqəyə 24 yazı təqdim olunub və ekspertlər tərəfindən qiymətləndirilərək qaliblər müəyyən olunub. Hər bir yazı 3 ekspert tərəfindən qiymətləndirilib". Yazıların eksperti Məzahir Süleymanzadə və "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev çıxış edərək idmanla bağlı müsabiqənin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.Daha sonra qaliblər müəyyənləşib. Birinci yerə "Futbol+Qol" qəzetinin baş redaktoru Fariz Vəliyev, ikinci yerə " Palitra" qəzetinin müxbiri Anar Miriyev, "ApaSport.az" xəbər portalının müxbiri Tofiq Musayev və üçüncü yerə isə "525-ci qəzet"in şöbə müdiri İlqar Tağıyev, "Futbol dünyası" qəzetinin şöbə müdiri Rasim Mövsümov, "Futbolxeber.az" saytının baş redaktoru İbrahim Cəfərov layiq görülüb. Yerdə qalan 4 agentlik və qəzet nümayəndəsinə isə həvəsləndirici mükafat təqdim olunub.Qeyd edək ki, birinci yerin qalibinə 1000 manat, ikinci yerin qalibinə 800 manat və nəhayət üçüncü yerin qalibinə 600 manat məbləğində pul mükafatı təqdim olunub.

sia.az

Digər xəbərlər