PDF Oxu

Siyasət

  • 36

YAP rəsmisi: “Peykdən alınan məlumat çox önəmlidir” AÇIQLAMA

YAP rəsmisi: “Peykdən alınan məlumat çox önəmlidir” AÇIQLAMA

"Hesab edirəm ki, bu, ölkəmizin uğurunu göstərir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev Azərbaycanın ikinci süni peykinin orbitə çıxarılması ilə bağlı "Azərkosmos" ASC və Fransanın Airbus Defence and Space şirkəti arasında imzalanan sazişə münasibət bildirərkən deyib.Asəf Hacıyevin sözlərinə görə, bu gün Azərbaycanın çox güclü iqtisadiyyatı var: "Artıq bu onu sübut edir ki, ölkəmiz ikinci süni peykini orbitə çıxaracaq: "Bundan sonra isə daha bir peykin orbitə çıxarılması nəzərdə tutulub. Bu bir tərəfdən ölkəmizin gücünü, iqtisadiyyatını və müxtəlif sahələrə böyük təkan verəcəyini göstərir. Bu gün dünyada ən bahalı olan şey məlumatdır. Peykdən alınan məlumat çox önəmlidir. Ümumiyyətlə peykin orbitdə olması da elmin inkişafına bir təkandır. Bu peyki orbitə çıxarmaq üçün müəyyən hazırlıq prosesləri gedir. Bu hazırlıq proseslərində isə yeni kadrlar hazırlanır. Ona görə də bu, çox müsbət bir haldır. Hesab edirəm ki, hər bir ölkə istəyər ki, onun peyki olsun".

sia.az

Digər xəbərlər