PDF Oxu

Siyasət

  • 20

Eldar İbrahimov: “Akademik Ramiz Mehdiyevin bütün fikirlərini təqdir edirəm” MÜNASİBƏT

Eldar İbrahimov: “Akademik Ramiz Mehdiyevin bütün fikirlərini təqdir edirəm” MÜNASİBƏT

"AXC və Müsavat Partiyalarının rəhbərləri, funksionerləri daim ermənipərəst mövqedən çıxış edərək xarici ölkələrin, eyni zamanda beynəlxalq təşkilatların dövlətimizə qarşı mənfi rəylərinin formalaşmasına can atıblar. Onların "beşinci kolon" rolunda çıxış etmələri anti-milli maraqlara xidmət etdiklərinin göstəricisidir". Bu fikirləri SİA-ya millət vəkili Eldar İbrahimov Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İkili standartların dünya nizamı və müasir Azərbaycan" adlı məqaləsində Xalq Cəbhəsi və Müsavat partiyalarının çıxış etdiyi "beşinci kolon" vasitəsilə Azərbaycanda öz pozucu hərəkətlərini gücləndirməyə çalışmaları fikirlərinə münasibətini açıqlayarkən deyib.Millət vəkili qeyd edib ki, zaman-zaman radikal müxalifət nümayəndələrinin Azərbaycana qarşı ermənilərlə iş birliyində olmaları öz təsdiqini tapıb: "Xarici ölkələrdə erməni lobbisi ilə görüşlər, bəzi xarici dairələrdən onlara edilən maliyyə yardımları, qrantlar buna misal olaraq göstərilə bilər. Bu insanlar öz məqsəd, məramları üçün kiminlə desən iş birliyinə getməyə hazırdır".Eldar İbrahimov Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sözügedən məqaləsində bir çox məsələlərin tam düzgün şərh edildiyini və bütün fikirləri dəstəklədiyini vurğulayıb: "Akademik Ramiz Mehdiyevin bütün fikirlərini təqdir edirəm. Radikal müxalifət düşərgəsində real vəziyyətin bu qədər aydın göstərilməsi özlərini müxalifət adalandıran radikal qrupların əsil simasını açmış oldu".

sia.az

Digər xəbərlər