PDF Oxu

Siyasət

  • 17

Tənzilə Rüstəmxanlı: “Leyla Yunus məsələni öz lehinə çevirə bilmək üçün hər cür saxtakarlığa əl atacaq”

Tənzilə Rüstəmxanlı: “Leyla Yunus məsələni öz lehinə çevirə bilmək üçün hər cür saxtakarlığa əl atacaq”

"Mən inanmıram ki, Azərbaycanda həbs olunmuş hər hansısa bir qadına işgəncələr verilsin". Bu sözləri SİA-ya açıqlamasında "Azəri-Türk Qadınlar Birliyi"nin sədri Tənzilə Rüstəmxanlı bildirib. Leyla Yunus bu cür qeyri-etik iddianı qaldırmaqla müxtəlif beynəlxalq qurumların, beynəlxalq hüquq təşkilatlarının diqqətini yenidən özünə çəkmək istəyir: "Ümumiyyətlə, qadına qarşı işgəncə heç bir zaman edilməməlidir, Azərbaycan kimi milli mentaliletə sahib olan bir ölkədə həbsdə olan bir qadına əl qaldırmaq Azərbaycan kişisinə xas olmayan bir hərəkətdir və heç bir kişi də bu cür addım atmaz. Bizdə belə hal ola bilməz. Leyla Yunus məsələni öz lehinə çevirə bilmək üçün hər cür saxtakarlığa əl atacaq. Beynəlxalq hüquq təşkilatlarının diqqətini bu məsələyə çəkmək üçün Leyla Yunusun qızı, xarici ölkələrdə yaşayan bütün qohumları hər keçən gün yeni-yeni saxtakar ve qeyri-ciddi iddialar ortaya atır. Azərbaycanın əleyhinə atılan bu cür addımlara heç bir kəs inanmamalıdır".

sia.az

Digər xəbərlər