Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
Dünən Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının nəzdində yaradılan Seçki Qərargahının təbliğat qrupu seçicilərlə növbəti görüşünü rayonun İsaxbağı, Böyük Dəkkə və Qaravəlli kəndlərində keçirib.
Görüşdə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədr müavini, YAP Zərdab rayon seçki qərargahının və təbliğat-təşviqat qrupunun üzvü Vüsalə Kərimova, Seçki Qərargahının üzvləri İlham Musayev, Məkkə Həmidova, YAP Zərdab rayon təbliğat-təşviqat qrupunun üzvü, şair Mübariz Səfiyaroğlu çıxış edərək bildiriblər ki, ölkə Prezidenti İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən zərdablılar əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seşkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcəklər: "Bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün zərdabılılar yenə də fəallıq göstərəcəklər. Zərdab seçiciləri dəyişməz mövqedən çıxış edərək Yeni Azərbaycan Partiaysının Zərdab rayon təşkilatı tərəfindən namizədlikləri irəli sürülən nümayəndələrə səs verəcəklər. Bu seçkilərin qaliblərinin də Yeni Azərbaycan Partiyasının namizədlərinin olacağına inanırıq".
İntizarə Məmmədova