PDF Oxu

Siyasət

  • 16

Suraxanı rayonunda seçicilərlə görüş keçirildi

Suraxanı rayonunda seçicilərlə görüş keçirildi

YAP Suraxanı rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində bələdiyyələrə Əmircan, Bülbülə, Yeni Suraxanı qəsəbələri üzrə partiya tərəfindən namizədlikləri irəli sürülmüş nümayəndələrlə seçicilərin görüşü keçirildi.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının, rayon Seçki Qərargahının sədri Vüqar Seyidov bildirdi ki, təbliğat-təşviqat kampaniyasına start verildiyi gündən tədbirlər keçirilməkdədir. Respublikada dördüncü bələdiyyə seçkilərinin keçiriləcəyini qeyd edən sədr xalqımızın bu sahədə kifayət qədər seçki təcrübəsinin olduğunu qeyd etdi: "Özünüidarəetmə orqanları, bir struktur kimi, Azərbaycanda 1999-cu ildə yaradılıb. Ötən müddət ərzində onların fəaliyyətinin hüquqi tənzimlənməsi üçün qəbul olunmuş qərarlar və qanunlar, eyni zamanda, əldə olunmuş təcrübə, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin daha da səmərəli şəkildə qurulmasına şərait yaradıb". Bələdiyyələrin əsas vəzifəsinin vətəndaşlara xidmət etmək olduğunu söyləyən V.Seyidov bu səbəbdən də, sosial problemlərin həllində onların üzərinə böyük məsuliyyətin düşdüyünü bildirdi. Əgər bələdiyyə xalqda tərəfindən seçilirsə, sözsüz ki, xalqa xidmət etməlidir.

V.Seyidov YAP-ın seçkilərlə bağlı qəbul etdiyi proqram və tövsiyələrə uyğun olaraq, rayon təşkilatı namizədləri müəyyənləşdirərkən, gənclərin və qadınların da potensialından yararlandığını söylədi. Belə ki, partiyanın rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş namizədlər arasında qadınlarla gənclər üstünlük təşkil edir. Onların da əksəriyyəti ali təhsilli olduğunu vurğulayan V.Seyidov eyni zamanda, namizədlərin seçicilərlə təmaslarının qurulması və təşviqat kampaniyasının daha keyfiyyətli təşkil olunması barədə tövsiyələrini çatdırdı.

Təşkilatın sədri çıxışında ümidvar olduğunu bildirdi ki, əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də rayon Suraxanı sakinləri yüksək fəallıq nümayiş etdirəcək, dövlətçiliyimizin, inkişafın keşiyində dayandıqlarını bir daha sübuta yetirəcəklər.

YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Sevinc Fətəliyeva çıxış edərək, namizədlərə bələdiyyə seçkiləri haqqında ətraflı məlumat verdi və qarşıdan gələn bələdiyyə seçkilərində qələbə qazanmaq üçün ciddi hazırlığın vacibliyini önə çəkdi. Millət vəkili təbliğat-təşviqat dövründə fəal iş aparılmasının əhəmiyyətini qeyd etdi:"Bələdiyyələrin təkmilləşdirilməsi istiqamətində qanunlar qəbul olunub. Bələdiyyələrin əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir və bu səbəbdən də sosial-iqtisadi məsələlərin həllində onların görəcəyi işlər daha çoxdur. Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu Konstitutsiyada bələdiyyələrin funksiyalarına dair mükəmməl müddəalar öz əksini tapıb. Ümidvarıq ki, bələdiyyələr Konstitusiyanın tələblərinə uyğun şəkildə fəaliyyətlərini quracaqlar". S.Fətəliyeva bələdiyyə üzvlüyünə namizədlərə növbəti seçkilərdə uğur arzulamaqla bərabər, onlara seçiləcəkləri təqdirdə, əhalinin sosial problemləri ilə ciddi məşğul olmağı tövsiyə etdi.

Millət vəkili onu da bildirdi ki, bələdiyyələrlə ictimaiyyətin birgə fəaliyyəti təmin olunmalı, insanların təklif və arzuları daim nəzərə alınmalı, ərazilərdə abadlıq və yenidənqurma işlərinin artırılması əsas vəzifə kimi qarşıda durmalıdır.

YAP Suraxanı rayon təşkilatı Seçki Qərargahının üzvü, Beynəlxaq dərəcəli hakim Hicran Şərifov bildirdi ki, bələdiyyə üzvlüyə namizədəlrin rayonun tanınmış simalarıdır. O, qeyd etdi ki, Yeni Azərbaycan Partiyasınnın bələdiyyə seçkilərində 15 minə yaxın namizədinin olması bu siyasi təşkilatın böyük nüfuz dairəsindən xəbər verir. Bu namizədlərin partiyanın onlara göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirdi.

Tədbirdə namizədliyi irəli sürülmüş Fəridə İlyasova çıxış edərək, bələdiyyə üzvlüyünə seçiləcəyi təqdirdə, seçicilərin problemləri ilə yaxından tanış olacaq və bələdiyyələrin səlahiyyətləri çərçivəsində nöqsanları aradan qaldıracağını bildirdi.

Sonra tədbir seçiciləri maraqlandıran suallar ətrafında diskussiya şəklində davam etdirildi.

sia.az

Digər xəbərlər