"Ümumiyyətlə Avropa Parlamentinin prezidenti Martin Şultsun Avropa Parlamentinin plenar iclasında ölkəmiz haqda həqiqətə uyğun olmayan fikir səsləndirməsi və Leyla Yunusun müdafiəsinə qalxması bir daha insan hüquqları ideyası kimi ümumbəşəri dəyərin istismarı deməkdir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.Baş redaktorun sözlərinə görə, çox təəssüf ki, bu gün demokratiya, insan hüquqları bir dəyər kimi istismar olunur. Onlar bəzi anti-milli ünsürləri 5-ci kolon kimi istifadə edərək, siyasi fəaliyyətləri öz məcrasından yayındırılır. Düşünürəm ki, bütün bu istismar olunan vasitələr milli dövləti zəiflətməyə, qurumların və beynəlxalq təşkilatların diqtəsini məsələdən yayındırmağa hesablanıb. Beləcə, onların Azərbaycana münasibətində də bu hegemon mərkəzlərin siyasəti bundan ibarətdir. Bütün bunlar bir növ milli iradəni məhdudlaşdırmağa xidmət edir. Təbii ki, Martin Şultsun da bu bəyanatı ilk növbədə, Azərbaycana, onun müstəqil siyasi iradəsinə qarşı siyasi şantaj və təxribatçı bir addımdır. Məqsəd isə Azərbaycanı beynəlxalq münasibətlərin güclü aktoru kimi fəaliyyət göstərməsinin qarşısını almaq və Avropa siyasi sistemindən, eləcə də ayrı-ayrı institutlarından asılı olan cəmiyyətə çevirməkdir".
sia.az