\r\n
\r\n
\r\n "Ukraynada separatçılara beynəlxalq sanksiyaların tətbiq edildiyi halda, bunun Dağlıq Qarabağdakı erməni terrorçularına və separatçılarına tətbiq olunmaması ilə bağlı məsələləri biz dəfələrlə həm ABŞ-da, həm də Avropa Birliyi ölkələrində qaldırmışıq". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.Asim Mollazadənin sözlərinə görə, Rusiyaya qarşı tətbiq olunan saksiyalar vaxtilə Ermənistana qarşı təbiq olunsaydı, Cənubi Qafqazda sülh və əmin-amanlığı bərpa etmək olardı. Beləcə, işğalçı ölkə sülhə məcbur edilərdi. Məsələnin maraqlı tərəfi odur ki, Ukraynadakı silahlı dəstələrə qarşı sanksiyalar tətbiq olunur, amma yaraqlılar Fransa və ABŞ-da Ermənistan pasportu ilə gəzirlər. Əslində bu, beynəlxalq hüquq normalarına hörmətsizliyin əlamətidir".ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Bazel şəhərində keçirilən 21-ci iclasına da münasibət bildirən millət vəkili deyib ki, təəssüf ki, bu görüşdə ATƏT-in təməl prinsiplərinə, sənədlərə diqqət yetirilmədi: "ATƏT üzərinə götürdüyü bir sıra öhdəlikləri yerinə yetirməyə imkan tapmadı. Təbii ki, bunun əsas səbəbi də hüququn aliliyinə və öz dəyərlərinə hörmətsiz yanaşmadan irəli gəlir. Biz Dağlıq Qarabağda, Moldova və Gürcüstanda olan hadisələrdən sonra bunun şahidi olduq".
\r\n
\r\n
\r\n
\r\n sia.az
\r\n