PDF Oxu

Siyasət

  • 27

Səxavət Əlisoy: “Avtoritar düşüncə tərzinə üstünlük verdiyimiz üçün Müsavat Partiyası bu günə düşdü” AÇIQLAMA

Səxavət Əlisoy: “Avtoritar düşüncə tərzinə üstünlük verdiyimiz üçün Müsavat Partiyası bu günə düşdü” AÇIQLAMA

"İsa Qəmbərin başqanlıqdan ötrü kiminsə oyununa girməsi ağılsızlıqdır". Bunu SİA-ya Müsavatdan istefa vermiş keçmiş partiya funksioneri Səxavət Əlisoy Müsavatda Qubad İbadoğlu tərəfdarlarının yeni hərəkat yaratmasından sonra İsa Qəmbərin başqanlığa gətirilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.Səxavət Əlisoyun sözlərinə görə, ümumiyyətlə burada söhbət İsa Qəmbərdən getmir: "Bu ideyanı, fikirləri səsləndirənin fikirlərini mən hələ də anlaya bilmirəm. Artıq İsa Qəmbərin məsələsi gündəmdə deyil. Əgər kimsə bu ideyanı ortaya atıbsa, böyük səhv edir. İsa Qəmbərin məsələsi bitib". Keçmiş partiya funksioneri hesab edir ki, bir qisim adamlar var ki, onlar gerçəkdən elə düşünürlər ki, Müsavat Partiyasını yalnız və yalnız İsa Qəmbər idarə edə bilər: "Belə sadəlövh insanların olması heç kimə sirr deyil. Hesab edirəm ki, perspektivi olmayan məsələ barədə söhbət aparmağın özü gülüncdür. Bu gün bir qisim şəxs yeni yaranmış hərəkata çox qısqanclıqla yanaşır. Bu, oppenentlərimiz, rəqiblərimiz arasında olan təbii məsələdir. Onlar heç cürə anlamırlar ki, bu hərəkatı bir nəfər yaratmayıb. Avtoritar düşüncə tərzindən kollegiyal düşüncə tərzinə keçməyin tam zamanıdır. Biz elə avtoritar düşüncə tərzinə üstünlük verdiyimiz üçün Müsavat Partiyası bu günə düşdü".

sia.az

Digər xəbərlər