PDF Oxu

Siyasət

  • 27

Qazaxlıların seçimi Yeni Azərbaycan Partiyasının namizədləri olacaq

Qazaxlıların seçimi Yeni Azərbaycan Partiyasının namizədləri olacaq

Dünən bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı tərəfindən bələdiyyəyə namizədliyi irəli sürülmüş partiya fəalları ilə görüş keçirilib. Tədbirdə Milli Məclisin deputatı Əhməd Vəliyev, "Səs" Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Rəfail Gülməmmədov iştirak edib.

Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov açaraq rayonda təbliğat-təşviqat kampaniyasının uğurla davam etdiyini bildirib: "Rayonumuzda 23 dekabr 2014-cü ildə 17 bələdiyyəyə seçkilər keçiriləcəkdir. YAP tərəfindən 165 nəfər bələdiyyə üzvü yerinə 165 nəfərin namizədliyi irəli sürülüb. Namizədlərimizin hamısı ali təhsillidirlər. Partiya namizədlərinin 37%-ni qadınlar, 34%-ni gənclər təşkil edir. 21 nəfərdən ibarət Yeni Azərbaycan Partiyası Seçki Qərargahı Qazax rayon şöbəsinin üzvləri ayrı-ayrı yaşayış məntəqələrində təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlər keçirir, partiyamızın irəli sürdüyü namizədləri təbliğ edirlər. 107 saylı Qazax Seçki Dairəsi üzrə 14, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi üzrə 3 bələdiyyəyə keçiriləcək seçkilərə tam hazırıq. 107 saylı Qazax Seçki Dairəsi ərazisində 42507 nəfər, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi ərazisində 11,886 nəfər seçici vardır. Bələdiyyə seçkilərinin demokratik, ədalətli və Seçki Məcəlləsinə uyğun keçirilməsi üçün bütün gücümüzlə çalışırıq. Müşahidəçilərin və məşvərətçi səs hüquqlu komissiya üzvlərinin sənədləri hazırlanıb dairə seçki komissiyalarına təqdim olunubdur. Bütün seçkilərdə olduğu kimi, qarşıdakı bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanacaqdır".

Görüşdə millət vəkili, professor Əhməd Vəliyev çıxış edərək bələdiyyələrin Azərbaycanın inkişafında mühüm rola malik olduğunu bildirərək vurğulayıb ki, YAP qələbələr partiyası kimi daim dövlətimizin inkişafına, xalqımızın rifah halının daha da yüksəlməsinə xidmət edir. Partiyamızın bələdiyyə seçkilərində irəli sürdüyü namizədlər də məhz bu amala, bu məqsədə xidmət etməlidir.

"SƏS" Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev görüşdə çıxış edərək qeyd edib ki, Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. YAP isə bu inkişafın önündə lokomotiv kimi çıxış edir, xalqa sədaqətlə xidmət edir: "İnanırıq ki, partiyamızın namizədləri də dövlətimizin tərəqqisi, xalqımızın rifahı naminə öz üzərlərinə düşən vəzifələrin öhdəsindən gələcəklər".

Yığıncağı YAP Qazax rayon təşkilatının sədri H.Pənahov yekunlaşdıraraq Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş hər bir partiya üzvünə uğurlar arzulayıb.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər