PDF Oxu

Siyasət

  • 12

YAP-ın Şəmkir rayon təşkilatı təbliğat-təşviqat kompaniyasını davam etdirir

YAP-ın Şəmkir rayon təşkilatı təbliğat-təşviqat kompaniyasını davam etdirir

YAP-ın Şəmkir rayon təşkilatı 23 dekabr 2014-cü il tarixdə keçirləcək Bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın verdiyi məlumata görə, kampaniya çərçivəsində Şəmkir rayonu Yeni-Həyat kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Şəmkir rayon təşkilatı Aparatının rəhbəri Şövqi Həsənov, YAP Şəmkir rayon təşkilatı Aparatının təlimatçıları İmran Yusifov, Zamir Güvəndiyev və kənd seçiciləri iştirak ediblər.

Tədbiri YAP Şəmkir rayon təşkilatı Aparatının rəhbəri Şövqi Həsənov açaraq bildirib ki, dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədar olaraq, YAP Şəmkir rayon təşkilatı mütamadi tədbirlər keçirməkdədir. Seçicilərin hüquqlarından və bələdiyyə seçkisinin mahiyyətindən söz danışan Şövqi Həsənov belə tədbirlərin keçirilməsinin seçiciləri maarifləndirilməsində əhəmiyyətli olduğunu qeyd edib. Şəmkir rayonu Yeni-Həyat kəndi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən kənd bələdiyyəsinə 9 nəfərin namizədliyi irəli sürülüb. Yeni Azərbaycan Partiyası ölkədə get-gedə güclənməkdə olan tərəqqi və inkişafdan bəhrələnərək sıralarını sağlam düşüncəli, aydın fikirli vətəndaşlarla artıraraq qüdrətlənir. Ən sevindirici hal isə ondan ibarətdir ki, eyni əqidəli insanlar məhz ölkəmizdə lider partiya olan Yeni Azərbaycan Partiyasının və təbii ki, bu partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşiblər. Zaman özü sübut etdi ki, Yeni Azərbaycan Partiyası xalqın ona olan ümidlərini doğruldub və Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edib.

Sonra çıxış edən YAP Şəmkir rayon təşkilatı Aparatının təlimatçısı Yusifov İmran rayon əhalisinin həmişə seçkilərdə fəal iştirak etdiklərini xatırladaraq, onların yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə də fəal olacaqlarına inandığını və ən layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu bildirib.

Tədbirdə bələdiyyədə üzv olmuş, hazırda YAP tərəfindən namizədliyi irəli sürülmüş Vaqif Dumanov Yeni-Həyat kənd bələdiyyəsində görülən işlər haqqında hesabat verdi. O, bələdiyyələrin əsas vəzifəsini görüş iştirakçılarının diqqətinə çatdıraraq bələdiyyələrin vətəndaşlara xidmət etdiyini bildirdi.

Sonda tədbirdə çıxış edən namizədlər xalqın etimadını doğruldacaqlarına və hər zaman quruculuq-abadlıq işlərində, əhalinin mədəni istirahətinin təşkil edilməsində səylə çalışacaqlarını bildiriblər.

sia.az

Digər xəbərlər