\r\n
\r\n
\r\n Dekabrın 15-də Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-Polşa biznes forumu keçiriləcək.
\r\n
\r\n İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 30-a yaxın Polşa şirkətinin iştirakı nəzərdə tutulur.
\r\n
\r\n
\r\n
\r\n yap.org.az
\r\n