Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı bələdiyyə seçkiləri ilə bağlı keçirdiyi regional seminarlara Şamaxıda yekun vurub.Qurumdan SİA-ya verilən xəbərə görə, tədbirdə AVCİYA Seçki Qərargahının rəhbəri, t.e.f.d., dosent Məhərrəm Zülfüqarlı məruzə ilə çıxış edərək assosiasiyanın 2004-cü ildən bəri keçirilmiş seçkilərdəki fəaliyyəti, bələdiyyə seçkiləri ərəfəsi mövcud ictimi-siyai vəziyyət, bələdiyyə seçkilərinin ölkə üçün əhəmiyyəti, bələdiyyələrə aid beynəlxalq təcrübə və s. haqqında tədbir iştirakçılarına məlumat verib. Bundan başqa məruzəçi AVCİYA prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun rəhbərliyi ilə assosiasiyanın Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi sahəsində gördüyü digər işlər haqqında da tədbir iştirakçılarını məlumatlandırıb.AVCİYA bələdiyyə seçiləri ilə əlaqədar aralıq hesabatı bələdiyyə seçkiləri ərəfəsi ictimaiyyətə təqdim etməyi planlaşdırır.
sia.az