PDF Oxu

Siyasət

  • 19

Rocer Herman: “Bu təşkilat dünya dövlətlərini 6 regiona bölür”

Rocer Herman: “Bu təşkilat dünya dövlətlərini 6 regiona bölür”

"Biz görüş ərzində bu əlaqələndiriciləri bir araya toplamaqla onların gələcək fəaliyyət istiqamətlərini müəyyən etməyə çalışacayıq". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Ümumdünya Gömrük Təşkilatı Avropa Regionunun Potensialın Gücləndirilməsi üzrə Milli Əlaqələndirici Şəxslərinin iclasında ÜGT-nin Avropa Regionu üzrə sədr müavini Rocer Herman deyib.Onun sözlərinə görə, hazırda Ümumdünya Gömrük Təşkilatı dünyanın 179 ölkəsini əhatə edir: "Bu təşkilat dünya dövlətlərini 6 regiona bölür. Həmin regionlardan da ən böyüyü Avropa regionudur ki, onun Potensialının Gücləndirilməsi üzrə Regional ofisi Bakı şəhərində yerləşir.Ümumdünya Gömrük Təşkilatı Potensialının Gücləndirilməsi ofisinin rəhbəri seçkilər yolu ilə müəyyən olunur. Bu seçkilər gələn ilin aprel ayında keçiriləcək".

sia.az

Digər xəbərlər