"Xədicə İsmayılın həbsi konkret şəxsin şikayəti ilə bağlı olduğu üçün, hesab edirəm ki, istər ölkə çərçivəsində, istərsə də ölkədən kənarda bununla bağlı açıqlama və şərhlərin, digər siyasi dəyərləndirmələrin verilməsi məqsədə uyğun deyil". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.O vurğulayıb ki, bu məsələyə kənardan müdaxilələr istintaqın gedişinə də mənfi təsir göstərə bilər: "Bu, onların fərdi problemidir. Cəmiyyəti narahat edən məsələ deyil. Azərbaycanda buna bənzər bir sıra cinayət halları yaşanıb. Lakin heç birində ABŞ Dövlət departamenti belə narahatçılıq keçirməyib. Ona görə də, mən bu məsələyə izafi yanaşmanı təəccüblü hesab edirəm. Çox istərdim ki, bu məsələ ilə bağlı bəzi insanların atıqları arzu olunmayan addımlar müvafiq qrumların işlərini görməsinə mane olmasın".
sia.az