"Hətta dünyanın ən demokratik ölkəsi kimi özünü göstərən ABŞ-da irqi ayrı-seçkilik uzun müddətdın bəri mövcuddur. ABŞ hər zaman öz gücündən istifadə edərək müstəmləkəçilik siyasəti yeridərək, digər dövlətləri öz təsiri altında saxalamağa çalışıb". Bu fikirləri SİA-ya Milli Məclisin Regional məsələlər Komitəsinin üzvü Tahir Rzayev son günlərdə ABŞ-da baş verən hadisələrə münasibətini açıqlayarkən deyib.Millət vəkili qeyd edib ki, ABŞ dünyada özünə demokratiya, azadlıq, insan haqları, sülh carçısı imici formalaşdırıb: "Amma Birləşmiş Ştatlarda irqi ayrı-seçkilik fonunda qarşıdurmalar səngimək bilmir. İrqlər arasında qarşıdurmalar bu ölkənin iç üzünü bütün gerçəklikləri ilə açmış olur. Sadəcə olaraq güc, siyasət, beyin mərkəzləri ABŞ-da formalaşdığından və dövlətin təsiri altında bir çox bəyanatlar, qərarlar qəbul olunduğundan beynəlxalq təşkilatlar proseslərə adekvat yanaşmır".Tahir Rzayev həmçinin beynəlxalq təşkilatların ikili standartdan çıxış etdiyini də qeyd edərək vurğuladı ki, öz ölkəsində prosesləri tənzimləyə bilməyən bir sıra dövlətlər digər ölkələrdə xırda bir məsələyə anında reaksiya verir, insan haqlarının pozulmasından şikayətlənirlər: "Demokratiya carçısı kimi qələmə verilən nəhəng bir dövlətdə küçənin ortasında qaradərilər öldürülür, jurnalistlərə qarşı zor tədbiq edilir, hüquq mühafizə orqanları bir çox hadisələri ört-basdır edir. Beynəlxalq təşkilatlar məgər bunları görmür? Prosesləri düzgün analiz etdikdə belə qənaətə gəlmək olar ki, beynəlxalq təşkilatlar ikili standartdan çıxış edərək, məsələlərə özlərinə uyğun tərzdə yanaşırlar. Onların demokratiya, ədalət anlayışından xəbərləri yoxdur".
sia.az