"Çox təəssüf ki, ATƏT-in mövqeyi, üzərinə götürdüyü bir sıra öhdəlikləri yerinə yetirməməsi, eləcə də beynəlxalq hüquq normalarına riayət etməməsi təşkilatın nüfuzuna böyük xələl yetirir". Bunu SİA-ya millət vəkili Asim Mollazadə ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Bazel şəhərində keçirilən 21-ci iclasının ölkəmiz üçün əhəmkiyyətindən danışarkən deyib.Deputatın sözlərinə görə, təəssüf ki, rəsmi Bakı ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Bazel şəhərində keçirilən 21-ci iclasında belə bir halla qarşılaşdı: "Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi ATƏT-in ən böyük uğursuzluğunun göstəricisidir".Təəssüf ki, Ermənistan dövləti sülh istiqamətində addım atmaq istəmir. İşğalçı ölkə ancaq danışıqların və bu prosesin imitasiyasını nümayiş etdirir. Təbii ki, rəsmi Bakı da bu cür imitasiyalardan yorulub".
sia.az