PDF Oxu

Siyasət

  • 27

Yevlaxda seçki təbliğatı davam edir

Yevlaxda seçki təbliğatı davam edir

YAP Yevlax Rayon Təşkilatında Azərbaycan Respublikasının Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının Yevlax şəhəri üzrə seçicilərinin bir qrupu ilə Namizədlərin Yevlax şəhər bələdiyyəsinə namizədliyi irəli sürülmüş Partiya fəallarının görüş keçirilib.

SİA-nın verdiyi məlumata görə, görüşdə YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev və YAP Yevlax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Yeni Azərbaycan Partiyasının Bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Əminə Əhmədova geniş nitq söyləyiblər.

Bildirilib ki, Yevlax şəhəri ərazisində Yevlax şəhər Bələdiyyəi seçici sayına görə ən böyük bələdiyyədir. 48 saylı Yevlax Dairəsi ərazisində yerləşən Yevlax şəhər bələdiyyə üzvülüyünə namizədlərə 20 seçki məntəqəsində səsvermə keçiriləcəkdir. Yeni Azərbaycan Partiyası hər yerə bir nəfər olmaqla ümumən yüvlax rayonu üzrə 267 yerə 267 nəfər partiya fəalının namizədliyini irəli sürmüşdür ki, bunlardan 17 nəfərin namizədliyi məhz Yevlax şəhər bələdiyəsi üzrədir. Son illər Prezidentimiz apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin bütün sahələrində olduğu kimi Bələdiyyə sektoru da sürətlə inkişaf edir. Xalq tərəfindən seçilən insanların fəaliyyətini bu sahədə həm dövlətimiz həm də vətəndaşlarımız dəstəkləyir onlara bu yolda yaxından köməklik göstərirlər. Məhz bunun nəticəsidir ki, bu gün bələdiyyə üzvülüyünə namizədlərin tərkibi gənclər və qadınların üstünlüyü ilə yenilənir və dahada zənginləşir.

Sonra digər Raqub Mirzəyev və Rafiq Məmmədov namizədlərlə və seçicilərlə fikirlərini bölüşüblər. Namizədlərə seçki kompaniyalarında uğurlar arzulayıblar.

sia.az

Digər xəbərlər