YAP Balakən rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
""Rifah və quruculuq naminə" qələbələrə doğru şüarını irəli sürən Yeni Azərbaycan Partiyası bir daha əmin olur ki, ölkənin ictimai-siyasi həyatında tutduğu mövqe düzgündür, qətidir və həyata vəsiqə almağa layiqdir". Bu fikirləri Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri Azad Balayev bələdiyyə seçkiləri ilə bağlı seçicilərlə keçirilən növbəti görüşdə bildirib.
Bələdiyyə seçkilərinə namizədlikləri irəli sürülmüş Yeni Azərbaycan Partiyasının üzvləri ilə təbliğat kampaniyasının başlanması münasibəti ilə Balakən rayon Seçki Qərargahında keçirilən görüşdə A.Balayev onu da vurğulayıb ki, seçkilərə start verildiyi gündən YAP ciddi hazırlaşmaqla yanaşı, həm də məsuliyyət daşıyır: "Rayon təşkilatının nəzdində yaradılmış Seçki Qəragahının təşviqat qrupu ikinci mərhələnin uğurla başa çatması üçün bələdiyyələrə namizədlərin və Yeni Azərbaycan Partiyasının " Rifah və quruculuq naminə" şüarı ilə hazırlanmış plakatları Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq seçki məntəqələri ətrafında quraşdırılmış təşviqat lövhələrinə yerləşdiriblər. Seçicilərlə işin təşkilinə dair tövsiyyələrdən sonra Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının fəallarının təbliği ilə qərargahın tərkibində yaradılmış seçicilərlə işin təşkili qrupu fəaliyyətə başlamışdır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin gündən-günə inkişaf etdiyini, regionların sosial-iqtisadi inkişafını, ictimai-siyasi sabitliyin qorunmasını respublikamız üçün taleyüklü məsələlərin həllini xüsusi olaraq qeyd edirlər. Ötən 5 il ərzində hər bir bələdiyyənin mənsub olduğu ərazidə gördüyü işlər, seçicilərin diqqətinə çatdırılır və yeni seçiləcək heyətin görəcəyi işlər qabaqcadan izah edilir. Bələdiyyə büdcəsinin formalaşdırılması, xərclənməsi, əhali arasında maarifləndirmə fəaliyyəti təşviqat qrupu üzvlərinin əsas istiqamətlərini təşkil edir. Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində partiya şəklində iştirakı bir daha onu deməyə imkan verir ki, partiyanın monolit birliyi bundan sonra da yeni uğurlara imza atacaqdır".
Görüşdə Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək ötən seçkilərdə partiyanın əldə etdiyi uğurların nəticələrini araşdırmış, qarşıdakı seçkilərdə qələbə əldə etmək üçün yerli seçicilərin milli mənsubiyyətlərinə uyğun şəkildə gənc namizədlərə tövsiyələrini verib. Həmçinin, millət vəkili Balakən seçicilərinə mənsub olduğu ərazilərin tarixini, etnoqrafiyasını dərindən öyrənərək, seçici fikri aşılamaq, müstəqil Azərbaycanın bu bölgədə mövqeyini möhkəmləndirmək üçün təbliğat kampaniyasını hər bir yaşayış ərazisində aparmağı məsləhət görüb.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Emil Abasov partiaynın gənclərlə işinin təşkili, gənclərin dövlət orqanlarında məsul vəzifələrə təyin olunmasında partiyanın rolu, ölkədə keçirilən seçkilərdə gənclərin irəli çəkilməsi ilə bağlı danışıb. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni üzv olanlara partiyanın vəsiqələri təqdim olunub.
Ü.ƏSGƏROV