PDF Oxu

Siyasət

  • 22

YAP Xaçmaz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

YAP Xaçmaz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

YAP Xaçmaz rayon təşkilatı 23 dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədart təbliğat- təşviqat kampaniyasını uğurla davam etdirir. Partiyanın təbliğat kampaniyası çərçivəsində rayonun Seyidlikəndyeri və Müqtədir qəsəbə seçiciləri ilə keçirilən görüşündə rayon təşkilatının aparat rəhbəri Fazil Rəhmətov ölkədə gedən icitmai-siyasi proseslərin uğurlu inkişafından, ölkə Prezidentinin uğurlu siyasətindən danışaraq qarşıdakı bələdiyyə seçkilərində də partiyanın namizədlərinin yüksək nəticə əldə edəcəyinə əminliyini vurğulayıb: "Artıq dekabrın 1-dən təbliğat-təşviqat kampaniyasına başlanılıb və rayon Seçki Qərargahının üzvləri və təbliğatçılar partiya tərəfindən irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədlərin portretlərini və təbliğat şüarlarını təşviqat lövhələrinə vurublar. Eyni zamanda, namizədlərlə seçicilərin görüşləri də keçirilir. Bu görüş də bu qəbildən olan görüşdür. Onu da qeyd edim ki, bu günə kimi işlərimizi YAP-ın İcra Katibliyinin tövsiyə və tapşırıqlarına uyğun olaraq qururuq".

Görüşdə seçicilərdən Yavər Qasımov, Rafiq Balayev, Qurban Əliyev, Ələddin Qarabəyov, Elsəvər Daşdəmirov, İbrahim Əsgərov və başqaları çıxış edərək ölkə Prezidentinin həyata keçirdiyi uğurlu siyasətindən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasından, ölkəmizdə və eləcə də rayonda görülən quruculuq-abadlıq işlərindən danışaraq seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə seçiciləri seçkilərə dəvət etdilər.

Ü.ƏSGƏROV

Digər xəbərlər