PDF Oxu

Siyasət

  • 24

YAP Oğuz rayon təşkilatı tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib

YAP Oğuz rayon təşkilatı tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatı tərəfindən Oğuz rayonunun 15 bələdiyyəsinə irəli sürülmüş namizədlərlə Seçki Qərargahının üzvlərinin görüşü keçirilib. Görüşdə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, millət vəkili, Azərbaycan Müəllimlər İnstitutunu rektoru Aqiyə Naxçıvanlı və YAP Mərkəzi Aparatının məsul işçisi Emin Abbasov iştirak ediblər.

Görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlər barədə ətraflı məlumat verib. S.Məhərrəmov çıxışında YAP-ın bələdiyyə seçkilərinə "Rifah və quruculuq naminə" devizi ilə getdiyini qeyd edib. Həmçinin rayon təşkilatınnı sədri Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə 2009-2014-cü il illər ərzində "BİZ NƏLƏR ETDİK" YAP-ın son beş ildə gördüyü işlər barədə də məlumat verib: "Əsas məqsədimiz qarşıdan gələn beş il ərzində planda olan sosial-iqtisadi inkişaf, əhaliyə xidmətin yaxşılaşdırılması, müasirləşmə və infrastruktur, rifah və sosial faydalılıq sahəsində, yerli özünüidarənin inkişafı sahələrində daha böyük uğurlara nail olmaqdır".

Tədbirdə YAP-ın bələdiyyə üzvlüyünə namizədləri Oğuz şəhər bələdiyyəsinə üzrə namizədliyi irəli sürülmüş Arif Cavadov və Xalxal bələdiyyəsinə namizədliyi irəli sürülmüş Ramazanov Nəriman çıxış edərək bələdiyyələrdə ötən dövrdə görülmüş işlər barədə məlumat veriblər. Eyni amanda, seçiciləri fəal olmağa, seçkilərdə hakim partiyanın YAP namizədlərinə səs verməyə çağırdılar.

Görüşdə Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı çıxış edərək, ötən seçkilərdə partiyanın əldə etdiyi uğurlardan danışıb. O, həmçinin, qarşıdan gələn bələdiyyə seçkilərinin siyasi-hüquqi, sosial və mədəni əhəmiyyətindən danışaraq bildirdi ki, bu seçkilərdə qadınlara və gənclərə xüsusi önəm verilib və bunun da çox müsbət hal olduğunu bildirdi. Millət vəkili çıxışının sonunda dekabrın 23-də Oğuz seçicilərini ölkənin ən inanılmış siyasi qüvvəsi olan partiyamıza və onun irəli sürdüyü namizədlərə səs verməyə dəvət edib.

Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov görüşdə çıxış edərək, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində ölkəmizin dinamik inkişafından və o cümlədən, bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillərin insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olduğunu vurğulayıb: "Bütün bu amillər YAP-ın bələdiyyə seçkilərində istinad edəcəyi ciddi faktlardır. Bu baxımdan, bu inkişafın davamı üçün hər kəsi YAP-in irəli sürdüyü namizədlərə səs verməyə çağırıram".

Tədbirin sonunda rayon təşkilatının sədri S.Məhərrəmov bütün Oğuz seçicilərini dekabrın 23 -də keçiriləcək bələdiyyə seçkilərində fəal olmağa və "Rifah və quruculuq naminə" şüarı altında YAP-ın namizədlərinə səs verməyə çağırıb.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər