Avropa Parlamentinin prezidenti Martin Şults tərəfindən Leyla Yunusun cinayət məsuliyyəti və onun həyata keçirmiş olduğu digər məsələləri şişirdərək silah kimi Azərbaycanda istifadə etmək AB-nin acizliyindən, qərəzliliyindən xəbər verir"
"Ümumiyyətlə, Avropa Birliyi Azərbaycana öz həyata keçirmək istədiyi siyasəti diqtə etməyə çalışır. Təbii ki, bu da qeyri-mümkündür". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasında Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsinə münasibət bildirərkən deyib.YAP GB sədrinin sözlərinə görə, AB bəyanatlar verəndə guya ki, demokratiyadan, insanların hüquq və azadlıqlarının bərabərliyindən danışır: "Əslində bunların hamısı pərdənin görünən tərəfləridir. Pərdənin görünməyən tərəfi isə odur ki, bu regionda öz iqtisadiyyatını quran, özü-özünü idarə edən, siyasi stabilliyi olan və bunların diqtəsinə əyilməyən bir dövlət və onun başçısı var. AB sadəcə olaraq mənasız bəyanatlar verməklə məşğuldur. Avropa Parlamentinin prezidenti Martin Şults tərəfindən Leyla Yunusun cinayət məsuliyyəti və onun həyata keçirmiş olduğu digər məsələləri şişirdərək silah kimi Azərbaycanda istifadə etmək AB-nin acizliyindən, qərəzliliyindən xəbər verir. Onların Azərbaycanda verdikləri bəyanatlarla Avropada verdikləri bəyanat arasında çox fərq var. Azərbaycanın AB-yə verdiyi və verəcəyi töhfələri nəinki digər dövlətlər, heç Şərqi Avropa dövlətlərinin bir çoxu verə bilməz. Onlar Azərbaycanla müqayisə edilə bilməyəcək qədər zəif dövlətlərdir".S. Orucov hesab edir ki, AB elə dünyada baş verən bütün bəlaların başında dayanır: "Məgər, dünyada müstəmləkə siyasətini həyata keçirən bunların babaları olmayıb? Bu gün Afrikanın bir çox dövlətlərinin ərazisindəki topraq sahələri, çay plantasiyaları onların nəzarəti altındadır. Guya ki, onlar pərdəarxası özlərini müstəqil göstərməyə çalışırlar. Təbii ki, bunların hamısı Avropanın, AB-nin aparmış olduğu qərəzli siyasətin məntiqi nəticələridir. Demokratiya onlar üçün bir pərdədir. Bu gün Azərbaycan mətbuatında kifayət qədər dövləti, hökuməti, şəxsləri təndiq etmək bir yana, hətta təhqir edən saytlar vardır. Bəyəm, dövlət onlarla bağlı hər an bir iş görür? Xeyir. Amma Azərbaycan dövlətinin qanunları var. Ölkəmiz qanunlarla idarə olunur. Heç bir vətəndaş istəməz ki, qanunlar pozulsun və çeynənilsin".
sia.az