"Xədicə İsmayılı müdafiə edənlər içərəsində Ben Kardinin olması heç də təəccüblü deyil. O, ABŞ-da Helsinki Komisiyyasının sədrindən daha çox, Rusiyanın casusu kimi tanınır. Helsinki Komissiyası Leyla Yunusun da, Xədicə İsmayılın da "mənəvi ataları"nın məkanıdır. Xədicənin "xaç atası" Ben Kardindir". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Ben Kardinin Xədicə İsmayılın dərhal azad edilməsi ilə bağlı çağırışına cavab verən E.Mirzəbəyli qeyd edib ki, Azərbaycana heç kim əmr edə bilməz: "Biz qanunlarla işləyirik, Helsinki Komissiyası kimi xüsusi xidmət orqanlarının təxribatçı planlarını müzakirə edib, sonra da cəmiyyətə sırımırıq. Məncə, onun daha "vacib" işləri olmalıdır, işlərini görsün".
sia.az