PDF Oxu

Siyasət

  • 16

YAP Oğuz rayon təşkilatı namizədlərlə görüş keçirib

YAP Oğuz rayon təşkilatı namizədlərlə görüş keçirib

Bələdiyyə seçkilərində iştirak üçün Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatı tərəfindən rayonunun 15 bələdiyyəsinə irəli sürülmüş namizədlərlə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirə millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, millət vəkili Aqiyə Naxçıvanlı və YAP-ın məsul işçisi Emil Abbasov da qatılıblar.Tədbiri giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov rayonda bələdiyyə seçkiləri ilə əlaqədar görülən işlərdən danışıb.Partiyanın bələdiyyə seçkilərinə "Rifah və Quruculuq Naminə" devizi ilə getdiyini xatırladan S. Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti, YAP-nın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə 2009-2014-cü il illər ərzində ölkədə görülən işlər barədə də məlumat verib.YAP Oğuz rayon təşkilatının sədri 2014-2019 –cu illər ərzində görüləcək işlərdən, növbəti 5 illik plandakı sosial-iqtisadi inkişaf, əhaliyə xidmətin yaxşılaşdırılması, müasirləşmə və infrastruktur, rifah və sosial faydalılıq, yerli özünüidarənin inkişafı sahələrindəki strateji hədəflərdən də söhbət açıb.Daha sonra YAP-ın Oğuz rayonu üzrə bələdiyyə üzvlüyünə namizədləri, Oğuz şəhər bələdiyyəsinə namizədliyi irəli sürülmüş Arif Cavadov və Xalxal bələdiyyəsinə namizədliyi irəli sürülmüş Nəriman Ramazanov çıxış edərək rayon bələdiyyələrində ötən dövr ərzində əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.Namizədlər rayondakı YAP üzvlərini mobil olmağa, seçkilərdə partiyanın namizədlərinə səs verməyə çağırıblar.Çıxış edən millət vəkili Aqiyə Naxçıvanlı ötən seçkilərdə partiyanın əldə etdiyi uğurlardan danışıb. Qarşıdan gələn bələdiyyə seçkilərinin siyasi-hüquqi, sosial və mədəni əhəmiyyətindən söhbət açan A.Naxçıvanlı vurğulayıb ki, bu seçkilərdə qadınlara və gənclərə xüsusi önəm verilib.Çıxışının sonunda A.Naxçıvanlı dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərində Oğuz seçicilərini ölkənin ən inanılmış siyasi qüvvəsi olan YAP-ın irəli sürdüyü namizədlərə səs verməyə dəvət edib.Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov isə çıxışında vurğulayıb ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində Azərbaycan dinamik inkişafdan dövlətə çevrilib.F.Heydərov deyib ki, iqtisadi inkişaf, bölgələrdə aparılan abadlıq-qurucuuq işləri, insanların rifahının yaxşılaşmasına, regionların simasının dəyişməsinə gətirib çıxarıb.Millət vəkili tam əminliklə söyləyib ki, bütün bu amillər YAP-ın bələdiyyə seçkilərində istinad edəcəyi ciddi faktlardandır.Tədbirin sonunda YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bütün Oğuz seçicilərini dekabrın 23 –də keçiriləcək bələdiyyə seçkilərində fəal olmağa və ,, Rifah və Quruculuq Naminə" partiyanın namizədlərinə səs verməyə çağırıb.

sia.az

Digər xəbərlər