PDF Oxu

Siyasət

  • 12

Mais Səfərli: “Xədicə İsmayılın həbsində heç bir siyasi motiv yoxdur” MÜNASİBƏT

Mais Səfərli: “Xədicə İsmayılın həbsində heç bir siyasi motiv yoxdur” MÜNASİBƏT

"Xədicə İsmayılın həbsində Əli Kərimli və Rauf Arifoğlunun əli olub olmamasını istintaq sübut etməlidir".Bu sözləri SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli bildirib.M.Səfərli qeyd edib ki, Xədicə İsmayılın həbsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun açıqlaması var: "Bu açıqlama bir daha sübut edir ki, Xədicə İsmayılın həbsində heç bir siyasi motiv yoxdur. Çünki Xədicə İsmayılın həbsi onun ictimai fəallığı və digər fəaliyyətləri ilə bağlı olan bir məsələ deyil. Birbaşa faktlarla Baş Prokurorluğunun açıqlamasında bu məsələ öz əksini tapıb. Məsələnin tam şəkildə aydınlaşması üçün istintaq tədbirləri həyata keçiriləcək. İstintaqın nəticəsində isə bütün versiyalar işıq üzü görəcək. Ümumiyyətlə, Xədicə İsmayılın həbsi ilə bağlı qeyri-ciddi iddialar ortaya atılmaqdadır. Mən düşünürəm ki, bu iddiaların heç bir əsası yoxdur".

sia.az

Digər xəbərlər