Dekabrın 9-da Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anma mərasimi keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin bu ali məktəbdəki büstü önünə əklil və gül dəstələri qoyublar.
Mərasimdə AzTU-nun rektoru, professor Havar Məmmədov ulu öndər Heydər Əliyev siyasətinin əhəmiyyətindən, Azərbaycan xalqı qarşısında müstəsna tarixi xidmətlərindən danışıb. Bildirilib ki, dahi şəxsiyyət Heydər Əliyev müasir müstəqil dövlətimizi qurub, onu inkişaf yoluna çıxarıb.
Vurğulanıb ki, bu gün Azərbaycanın çox sürətli inkişafının, respublikada qazanılan nailiyyətlərin əsasını ulu öndər Heydər Əliyev qoyub.
Digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu və yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətindən söhbət açıb, dövlətçiliyimizin qorunması, möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışıblar.
AzərTAc