PDF Oxu

Siyasət

  • 8

Xədicənin jurnalist olmağı ona xüsusi status verir?

Xədicənin jurnalist olmağı ona xüsusi status verir?

"Jurnalist olmaq hər hansı bir şəxsə cinayət tədqiqindən kənarda qalmağa heç bir əsas vermir və verməməlidir". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Xədicə İsmayılın jurnalist olmasının ona hər hansı bir xüsusi status verib-vermədiyi məsələsinə münasibət bildirərkən deyib.Baş redaktor vurğulayıb ki, birmənalı olaraq, vəzifəsindən, peşəsindən asılı olmayaraq hər hansı bir insana münasibətdə cinayət tərkibli proses ittiham aktında göstərilən mahiyyətə uyğun olaraq aparılır: "Bəzən belə fikirlərə rast gəlinir ki, belə hallarda jurnalistin peşəkarlığı da nəzərə alınsın. Hesab edirəm ki, jurnalistin peşəkar və ya qeyri-peşəkar olmasının məsələyə aidiyyatı yoxdur. Ona görə də kimliyindən asılı olmayaraq, hər hansı bir şəxslə münasibətdə cinayət tədqiqi ittiham aktında nəzərdə tutulan mahiyyətə uyğun olaraq aparılmalıdır".Baş redaktor X. İsmayılın həbsinin siyasiləşdirilmə cəhdlərindən də danışıb: "Xüsusilə beynəlxalq təşkilatlar Xədicə İsmayılın həbsini siyasiləşdirməyə çalışırlar. Amma hesab edirəm ki, məhkəmə prosesini gözləmək və onun yekununa uyğun olaraq qərar vermək daha düzgün olardı. İndiki halda Xədicənin jurnalist olmağı bir kənara qoyulmalı və irəli sürülən ittihamın mahiyyətinə uyğun çıxış edilməlidir".

sia.az

Digər xəbərlər