PDF Oxu

Siyasət

  • 9

Qabil Hüseynli: “Ermənistan biabır olmamaq üçün bu addımı atıb” AÇIQLAMA

Qabil Hüseynli: “Ermənistan biabır olmamaq üçün bu addımı atıb” AÇIQLAMA

"Ümumiyyətlə Ermənistanın bu il keçirmək istədiyi "Hayastan" telemarafonun baş tutmamasının əsas səbəbi işğalçı ölkənin büdcəsinin bərbad vəziyyətdə olması ilə əlaqədardır". Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.Politoloqun sözünə görə, sözügedən telemarafon xeyli maliyyə xərci tələb edir: "Ermənistan büdcəsini qısa-qısa və qənaət edərək formalaşdırır. Üstəlik bu ölkədə yeni büdcə xərcləri meydana gəlib ki, onun qarşısını ala bilmir. Ümumiyyətlə, mən bunu Ermənistan dövlətinin iflic vəziyyətdə olması və büdcəsində yaranan boşluqlarla izah edərdim. Ermənistanın ənənəvi olaraq keçirdiyi bu telemarafona əvvəl başqa-başqa ölkələrdən çox adam qatılırdı amma bu il onların sayı azalıb. İşğalçı ölkə biabır olmamaq üçün məhz bu tədbiri keçirmirlər".

sia.az

Digər xəbərlər