Dekabrn 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Astara rayon seçki qərargahı tədbirlər planına uyğun olaraq təbliğat-təşviqat tədbirini davam etdirir. Dünən bu tədbirlərin davamı olaraq növbəti görüş rayonun Səncərədi və Şuvi kəndlərində keçirilib.
Tədbirdə iştirak edən YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov bildirib ki, "Rifah və Quruculuq naminə" şüarı altında seçicilərlə çoxsaylı müxtəlif görüşlər keçirilir, insanların problemləri yaxından öyrənilir, ölkəmizdə bələdiyyə institutunun gələcək inkişafı ilə bağlı Yeni Azərbaycan Partiyasının seçki proqramı əhaliyə izah edilir. Sədr seçicilərə YAP-ın resurslarının kifayət qədər geniş olmasından, ölkənin siyasi arenasındakı nüfuzundan söhbət açıb. F.Əhmədov çıxışının sonunda seçicilərin verdiyi səslər hesabına YAP bu seçkilərin sonunda da yüksək nəticə əldə edəcəyinə ümidvar olduğunu bildirib.
Tədbirin sonunda YAP fəallarından Baloğlan Əliyev, Elnaz Paşayeva, Sakitə Əliyeva, Əbülfət Qüdrətov, Sadiq Rəsulov və Tərlan Rmazanov çıxış edərək rifah və quruculuğa səs verəcəklərini qeyd ediblər.
Füzuli
Dekabrın 8-də YAP Füzuli rayon təşkilatının Seçki Qərargahı Horadiz şəhərində 23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar başlanan təbliğat-təşviqat kampaniyasına uyğun olaraq namizədlərlə görüş keçirib.
YAP-ın inzibati binasında keçirilən görüşü partiyanın rayon təşkilatının sədri Almaz Həşimova acaraq bildirdi ki, rayon təşkilatı tərəfindən 115 nəfərin namizədliyi irəli sürülüb. Rayondakı 84 saylı Dairə Seçki Komissiyası üzrə 21 bələdiyyə strukturuna 43 məntəqədə seçkilər keçiriləcək. YAP Füzuli rayon təşkilatı seçkilərdə uğur qazanmaq üçün seçki kampaniyasını daha mütəşəkkil aparır. Hazırda namizədlərin hər biri haqqında seçicilərə dolğun məlumat vermək üçün yaradılmış Seçki Qərargahının üzvləri fəallıqlarını davamlı olaraq artırırlar.
Almaz Həşimova seçkilərdə qadınlara və gənclərə daha çox yer verildiyini bildirdi. Onun sözlərinə görə, bu amil həm gender bərabərliyinin, həm də partiyanın gənclərə olan diqqətinin nümunəsidir. Görüşdə Seçki Qərargahının üzvü Ramiz Behbudov seçicilərə YAP-ın namizədlərini dəstəkləməyə çağırdı və xüsusi vurğuladı ki, sosial -rifah naminə bu hər bir seçicinin vətəndaşlıq borcudur.
Seçki Qərargahının digər üzvü Elman Məmmədov çıxışında təbliğat və təşviqat işlərində hər bir partiya üzvünün siyasi mədəniyyətinin, insanlarla münasibətlərində intellektuallığının əsas olmasından söhbət açaraq hər bir namizədin əhali arasında hansı formada təbliğat aparacağını geniş izah etdi.
Görüşdə YAP-ın namizədləri də çıxış edərək partiyanın onlara göstərldiyi etimadı doğruldacaqlarına və seçkidə qələbə qazanacaqlrına söz verdilər.
Salyan
Dekabrın 8-də YAP Salyan rayon təşkilatının Seçki Qərargahı bələdiyyə seçkilərindəki təbliğat-təşviqat işini rayonun Sarvan kəndində davam etdiriblər. YAP Saylan rayon təşkilatı Seçki Qərargahının üzvlərinin seçicilərlə keçirdiyi görüşə kəndin ziyallıları, ağsaqqalları olmaqla 250-dən çox seçicisi qatılmışdı.
Görüşdə çıxış edən YAP Salyan rayon təşkilatının aparat rəhbəri Mirzə Mirzəyev dedi ki, bütün seçkilərə təkmil proqramlarla gələn YAP milyonların partiyası olduğunu əməli fəaliyyəti ilə doğrulduraq xalqla həmrəylik və birlik nümayiş etdirir. Xüsusən imzatoplama kampaniyasında mütəşəkkilliklə iştirak edən seçicilərin fəallığı partiyamıza inamın təzahürüdür.
Seçki qərargahının üzvü Fazil Məhərrəmov seçicilərlə görüşdə çıxış edərək dedi ki, ötən siyasi kampaniyalarda olduğu kimi yerli özünüidarəetmə orqanlarına namizədliyi irəli sürülən partiya üzvlərimiz, fəallarımız, xüsusilə gənclərimiz siyasi hazırlıq nümayiş etdirirlər. Bu imkan verir deyək ki, bu seçkidə də namizədlərimizin qələbəsi şəksizdir. Minlərlə üzvü olan YAP Salyan rayon təşkilatı bütün siyasi kampaniyalarda olduğu kimi yerli özünüidarəetmə orqanlarına seçkilərə də mütəşəkkilliklə başlayıb. Təbliğat kampaniyasında bir nəfər kimi iştirak edən fəallarımız birlik və həmrəylik nümayiş etdirərək vahid mövqedən çıxış edir, namizədlərinin qələbəsi üçün təşviqat kampaniyasını səmərəli təşkil edirlər.
Görüşdə Seçki Qərargahının digər üzvü Rafiq Əzizov da çıxış edərək seçiciləri bundan sonra da kəndlərini abad və inkişaf edən görmək istəyirlərsə YAP-ın namizədlərinə səs verməyə səslədi.
Oğuz
Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatı tərəfindən Oğuz rayonunun 15 bələdiyyəsinə irəli sürülmüş namizədlərlə görüş keçirilib.
Görüşdə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin deputatı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı və Yeni Azərbaycan Partiyası İcra Katibliyinin məsul işçisi Emin Abbasov iştirak ediblər.
Görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlər barədə ətraflı məlumat verib. O, bütün Oğuz seçicilərini dekabrın 23-də keçiriləcək Bələdiyyə seçkilərində fəal olmağa və ,,Rifah və Quruculuq Naminə,, YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Tədbirdə YAP-ın bələdiyyə üzvlüyünə namizədləri Oğuz şəhər bələdiyyəsi üzrə namizədliyi irəli sürülmüş Arif Cavadov və Xalxal bələdiyyəsinə namizədliyi irəli sürülmüş Nəriman Ramazanov çıxış edərək bələdiyyələrdə ötən dövrdə görülən işlərdən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər.
Görüşdə Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı çıxış edərək ötən seçkilərdə partiyanın əldə etdiyi uğurlardan danışıb. O, qarşıdan gələn bələdiyyə seçkilərinin siyasi-hüquqi, sosial və mədəni əhəmiyyətindən danışaraq deyib ki, bu seçkilərdə qadınlara və gənclərə xüsusi önəm verilib. A.Naxçıvanlı dekabrın 23-də Oğuz seçicilərini ölkənin ən inanılmış siyasi qüvvəsi olan YAP-a və onun irəli sürdüyü namizədlərə səs verməyə dəvət edib.
Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs nəticəsində dölətimizin dinamik inkişafından, bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillər insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olmasından danışıb.
Qəbələ
Qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat tədbirləri çərçivəsində YAP namizədləri ilə aparılan görüşlər davam edir.
Belə görüşlərdən biri Qəbələdə keçirilib. Görüşdə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin deputatı Aqiyyə Naxçıvanlı və YAP İcra Katibliyinin məsul işçisi Emil Abasov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov Yeni Azərbaycan Partiyasının respublikamızın ictimai-siyasi həyatındakı rolundan, YAP Sədri İlham Əliyevin rəhbərliyi altında ulu öndər Heydər Əliyevin siyasi kursunun ardıcıl həyata keçirilməsindən, seçkiyə hazırlıqla bağlı Seçki Qərargahının rayon şöbəsinin gördüyü işlərdən, rayonda aparılan təbliğat kampaniyasının gedişindən və qarşıda duran vəzifələrdən danışıb.
Qəbələ bələdiyyəsinin üzvlüyünə namizəd Nəzakət Abdullayeva, Arifə Bayramova, Vəndam bələdiyyəsinin üzvlüyünə namizəd Asif Həşimov seçki platformalarından, dövlətin bələdiyyələrə olan yüksək diqqət və qayğısından danışıblar, eləcə də Yeni Azərbaycan Partiyasının onlara göstərdiyi bu etimadın gələcək fəaliyyətlərində doğruldacaqlarını bildiriblər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aqiyyə Naxçıvanlı qeyd edib ki, əvvəlki bələdiyyə seçkilərindən fərqli olaraq budəfəki seçkilərdə qadın namizədlərə daha çox yer verilib. Bu gün ölkəmizdə qadınların rolunun yüksəldilməsi istiqamətində dövlətimiz tərəfindən xeyli işlər görülüb və qadınlar üçün gözəl şərait yaradılıb. O, YAP üzvü olan qadınları gələcəkdə respublikanın ictimai-siyası işlərində daha fəal olmağa çağırıb.
Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bölgələrdə aparılan quruculuq-abadlıq işlərinin əhəmiyyətli olduğundan, işsizlik probleminin aradan qaldırılmasından, dövlətin vətəndaşlara göstərdiyi qayğısından danışıb. O, 23 dekabr bələdiyyə seçkilərində YAP-ın qələbə qazanacağına əmin olduğunu bildirib və namizədlərə uğurlar arzulayıb.
Biləsuvar
Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının seçki qərargahı 23 dekabrda keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərlə əlaqədar təbliğat-təşviqat kompaniyasını uğurla davam etdirir. Belə görüşlərdən biri də dünən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə və YAP Biləsuvar rayon təşkilatının təsdiq edilmiş təbliğat-təşviqat tədbirlərinin qrafikinə uyğun olaraq təşkilatın seçki qərargahının üzvlərinin iştirakı ilə rayonun Xırmandalı kəndinin seçiciləri ilə keçirilib.
Görüşü giriş sözü ilə açıq elan edən seçki qəragahının üzvü Firudin Hüseynov Bələdiyyələrin yaranma tarixindən və onun ötən illər ərzində formalaşmasından danışaraq iştirakçılara ətraflı məlumat verib.
Sonra çıxış edən təbliğat qrupunun üzvü Həqiqət Mehrəliyeva ötən dövr ərzində bələdiyyələrin həqiqətən də böyük təcrübə əldə etdiyini söyləyib.
İmişli
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının bələdiyyələrə seçkilərlə bağlı təbliğat kampaniyası davam edir. Bu münasibətlə rayonda namizədlər və partiya fəalları ilə geniş tərkibdə görüş keçirilib. Görüşü YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev açaraq dedi ki, Azərbaycan demokratik inkişaf yolunda irəliləyən aparıcı dövlətlər sırasında mühüm yerini tutmaqdadır. Belə ki, ölkəmizdə istər demokratiya, istərsə də vətəndaş cəmiyyəti quruculuğu kifayət qədər inkişaf etmişdir. Bu önəmli tendensiyalar ölkəmizdə keçirilən bütün seçkilərdə özünü göstərməkdədir.
Bu baxımdan, YAP-ın bələdiyyə seçkiləri ilə bağlı apardığı işləri təhlil edərkən belə qənaətə gəlmək olur ki, ölkəmizdə keçirilən bütün seçki proseslərində demokratiya faktoru əsas amil kimi qiymətləndirilir. Biz bu ayın 23-də keçiriləcək bələdiyyə seçkiləri barədə məhz həmin fikirləri əsas götürürük. Çünki qeyd edilən amillər bilavasitə bələdiyyələrin uğurlu fəaliyyətinə səmərəli təkan, stimul verir.
Səfa Ağayev çıxışında dedi ki, bələdiyyə seçkilərinin daha bir önəmi bu strukturun ölkənin inkişafına verəcəyi töhfələrdir. Daha dəqiq desək, ölkəmizin sosial-iqtisadi yüksəlişində bələdiyyələr də inkişafa dəstək olduqlarını nümayiş etdiriblər.
Görüşdə iştirak edən Milli Məclisin deputatı Əsabil Qasımov çıxışında bildirdi ki, YAP ölkədə alternativsiz siyasi qüvvədir. Məhz bu səbəbdən də bələdiyyə seçkilərində də qələbə bizim namizədlərin olacaqdır.
Görüşdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru, texnika elmləri doktoru Havar Məmmədov dedi ki, əsas məqsəd bələdiyyə seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanması, yerli özünüidarə orqanlarında partiyamızın yüksək təmsilçiliyinin təmin olunmasıdır.
YAP İmişli rayon təşkilatının Gənclər Birliyinin sədri Rüstəm Vəliyev çıxış edərək bu seçkilərdə gənclərə göstərilən etimadın yüksək olduğunu bildirdi.
Həmçinin görüşdə çıxış edən seçicilər birmənalı olaraq bildirdilər ki, onlar YAP-ın namizədlərinə səs verməklə qəsəbə kəndlərdəki, mövcud inkişafa səs vermiş olacaqlar.
Bakının Xəzər rayonu
Yerli özünüidarəetmə orqanlarına seçkilərin təbliğat- təşviqat kampaniyası davam etdikcə insanların bələdiyyələrin fəaliyyəti ilə bağlı məlumatları da artır. Seçkilərə hazırlıqda fərqlənən Yeni Azərbaycan Partiyası maarifləndirmə işlərini təbliğat- təşviqat kampaniyasının tələblərinə uyğun qurmaqla vətəndaşlarla həmrəyliyini daha da möhkəmləndirir. Görüşlər zamanı irəli sürülən təklifləri diqqətdə saxlayan, insanları maraqlandıran məsələlərin aktuallığını nəzərə alaraq onun həlli yollarını müəyyənləşdirən partiyanın namizədləri ilə görüşlər yüksək səviyyədə keçirilir.
"Rifah və quruculuq naminə" çağırışı ilə vətəndaşların görüşünə gələn, fəaliyyətini demokratiyanın tələb və prinsiplərinə uyğun quran, vətəndaş həmrəyliyinin ifadəsi olan yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq istəyən YAP-ın namizədləri seçicilərin arzu və istəklərini öyrənərək gələcək fəaliyyətlərinin istiqamətlərini müəyyənləşdirirlər.
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının Şağan qəsəbəsində seçicilərlə keçirdiyi görüş bir daha təsdiqləyir ki, ötən illərdə zəngin təcrübə toplayan bələdiyyələrə inam artmaqdadır. İnsanlar siyasi əqidəsinə və prinsipial mövqeyinə daim inanıb, ətrafında sıx birləşdiyi YAP-ı bu seçkilərdə də dəstəkləyəcəklər.
Görüşü giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov vurğuladı ki, yeni institut kimi formalaşan, idarəetmə orqanı olmaqla özünü doğruldan bələdiyyə seçkilərinə hazırlıq vətəndaşların fəallığı şəraitində davam etdirilir.
Bələdiyyələrin bu gün həyatımıza daha çox nüfuz etdiyini bildirən səlahiyyətli nümayəndə, Milli Məclisin deputatı Rauf Əliyev qeyd etdi ki, səsvermə zamanı ictimaiyyət arasında böyük nüfuz qazanan, təşəbbüskarlığı və bacarığı ilə seçilən namizədlərə üstünlük verilməli, onların yaradıcılıq potensialı nəzərə alınmalıdır. Bu baxımdan namizədlərlə tanışlıq xarakteri daşıyan belə görüşlərin böyük əhəmiyyəti var.
Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayev bilirdi ki, dövlətin demokrtatiya istiqamətində apardığı islahatlara uyğun yaradılan bələdiyyələrin fəaliyyəti beynəlxalq təcrübəyə uyğun olmaqla ölkədə həyata keçirilən məqsədyönlü siyasətin bir parçasıdır.
Görüşdə qeyd olundu ki, bələdiyyə seçkilərinə ilk gündən məsuliyyətlə yanaşan YAP ictimaiyyətlə həmrəylik nümayiş etdirir, xalqın xidmət etmək üçün təşəbbüskarlığını artrır. Buna görə də insanların bu partiyaya etimadı sonsuzdur.
Cəlilabad
Yeni Azərbaycan Partiyası seçki qərargahının Cəlilabad şöbəsi 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbayacan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yerlərdə bələdiyyə üzvlüyünə namizədlərin iştirakı ilə seçicilərlə tədbrilər keçirilir, seçkilərə hazırlıq və onun keçirilməsi dövründə qarşıda duran vəzifələr barədə onlara ətraflı məlumat verilir, fikir mübadiləsi aparılır.
Bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşlər rayonun Qarazəncir, Kürdlər, Zopun, Astanlı, Sərhədabad və Cəngan ərazilərində keçirilib.
Qarazəncir kəndində keçirilən tədbirdə iştirak edən YAP rayon təşkilatı sədrinin müavini Hafiz Cavadov iştirakçılar qarşısında geniş məruzə ilə çıxış edərək qarşıdan gələn bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb.
Həmçinin Kürdlər kəndində keçirilən tədbirdə iştirak edən rayon təşkilatının şura üzvü İsa Allahverdiyev, Sərhədabad kəndində iştirak edən şura üzvü Vidadi Dövlətov, Cəngan kəndindən şura üzvü Yaşar Vəliyev, Astanlı kəndində Lətif Ağayev, Zopun kəndində partiya fəalı Baxış Mustafayev iştirakçılar qarşısında çıxış edərək ölkəmizin əldə etdiyi nailiyyətlərdə bələdiyyələrin rolundan və gördüyü işlərdən ətraflı bəhs edib, onların rolunun bundan sonra da artacağını xatırladaraq bildiriblər ki, seçicilər partiyanın irəli sürdüyü namizədləri yekdilliklə müdafiə edəcək və onlara səs verəcəklər.
Keçirilən tədbirlərdə çıxış edən sakinlərdən məktəb direktoru Mirəhməd Ağayev, torpaq mülkiyyətçisi Sakit Ağayev, təqaüdçü Arif Əliyev, ərazi ilk təşkilatının sədri Rafiq Hüseynov, fərdi təsərrüfatçı Ziyafət Dadaşov və başqaları çıxış edərək əminliklə deyiblər ki, əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdə də böyük fəallıq nümayiş etdirərək davamlı inkişaf naminə YAP-ın namizədlərinə səs verəcəklər.
sia.az