Bu gün Milli Təhlükəsizlik Nazirliyinin M.Şəhriyar adına Mədəniyyət Mərkəzində Müdafiə Nazirliyi tərəfindən "Ordu xalqın, xalq Ordunun dayağıdır" mövzusunda Hərbi vətənpərvərlik gecəsi keçirilir. SİA-nın məlumatına görə, tədbirdə müdafiə nazirinin müavini general-leytenant Kərəm Vəliyev, Nazirliyin mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Xanhüseyn Kazımlı və digərləri iştirak edir.Tədbirə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik yad edilməsi və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə start verilib.Tədbir hazırda davam edir.
sia.az