PDF Oxu

Siyasət

  • 13

YAP cəmiyyətin avanqard qüvvəsidir

YAP cəmiyyətin avanqard qüvvəsidir

Ağsu rayonunda YAP tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən qadın namizədlərlə görüş keçirilib

23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar Ağsu rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüşü keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva iştirak edib. Görüşdə çıxış edən YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatı bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşır: "Təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən tədbirlər bütün ictimaiyyətə məlumdur. Hesab edirəm ki, bu prosesdə qadınlarımız da fəaldır. YAP Ağsu rayon təşkilatının 4958 üzvündən 1848 nəfəri qadınlardır. 23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində YAP Ağsu rayon təşkilatının bələdiyyə üzvlüyünə irəli sürülmüş 273 namizədindən 69 nəfərini qadınlar təşkil edir. Bu qadınlrdan 23 nəfəri gənclərdir".

Tədbirdə çıxış edən YAP Ağsu rayon təşkilatının qadınlar şurasının sədri Şərəbanı Məlikova 23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində qadınların rolundan danışıb. Bildirib ki, məqsədimiz zərif cinsin nümayəndələrinin seçkilərdə fəallıq nümayiş etdirmələri, qadın bələdiyyə üzvlərinin sayının daha da artmasına nail olmaqdır. Digər çıxış edənlər də qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb, qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı təkliflərini bildiriblər.

Görüşdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınların qarşısında yeni məqsəd və vəzifələr dururdu: "Qadınların problemlərinin həlli zərurəti, onların kişilərlə hüquq bərabərliyinin təmini məqsədilə gender siyasətinin tələblərinin rəhbər tutulması, qadınların dövlət idarəetmə sistemində lazımi səviyyədə təmsil olunması üçün Ümummilli Lider Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmanı müvafiq istiqamətdə mühüm dövlət sənədi oldu".

Sonda millət vəkili qarşıdan gələn bələdiyyə seçkilərində qadınları fəal iştirak etməyə çağırıb.

Ü.ƏSGƏROV

Digər xəbərlər