PDF Oxu

Siyasət

  • 13

Yeni Azərbaycan Partiyası davamlı sosial - iqtisadi inkişafla qələbələrə doğru inamla irəliləyir

Yeni Azərbaycan Partiyası davamlı sosial - iqtisadi inkişafla qələbələrə doğru inamla irəliləyir

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının Seçki Qərargahı bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə növbəti görüşünü rayonun Cülyan və Xanagah kəndlərində keçirib.Görüşü giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatı və rayon Seçki Qərargahının sədri Əzizə Vahabova son illər müstəqil Azərbaycanın böyük uğurlar qazanaraq beynəlxalq aləmdə yüksək nüfuz sahibi olduğunu bildirib: "Bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir. Aparılmış islahatlar nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılmış, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilmiş, özəl bölmənin fəaliyyəti üçün əlverişli imkan yaradılmış, azad rəqabət mühiti təmin edilmiş, bazar institutları formalaşmış, xarici iqtisadi fəaliyyət liberallaşdırılmış, ölkə iqtisadiyyatı konkret proqramlar əsasında idarə olunan iqtisadiyyata çevrilmişdir. Sözsüz ki, bu uğurlara Prezident İlham Əliyevin Ümummilli Liderimiz Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olunmuşdur. Qısa müddət ərzində Azərbaycanda bütün sahələrdə böyük keyfiyyət dəyişiklikləri baş vermiş, ölkəmiz keçid dövrünü qısa müddətdə başa vuraraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur".Ə.Vahabova çıxışında onu da bildirib ki, Prezidentimiz İlham Əliyevin diqqət və qayğısını öz üzərində hiss edən ismayıllılar əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərə də ciddi hazırlaşır. O, 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində də xalqımızın öz səslərini əldə olunan uğurların davamına, sosial-iqtisadi inkişafa, bu mənada Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasına verəcəyinə əminliyini bildirib.Tədbirdə çıxış edən Cülyan kənd bələdiyyəsinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlər Lumu Qayıbova, Vaqif Ağayev, Elvina Salmanova, Əlisa Hüseynov, Xanagah kəndindən partiya tərəfindən bələdiyyə üzvlüyünə namizədlər Zinyət Lətifova, Gülbəniz Kərimova, Tehran Əzizov, Namiq Piriyev və başqaları çıxış edərək qeyd ediblər ki, kəndlərin daha da abadlaşması, əhalinin soial-rifah halının yaxşılaşdırılması istiqamətində böyük işlər görülməlidir. Yeni Azərbaycan Partiyasının namizədlərə göstərdiyi etimadı layiqincə doğruldacaqlarını bildiriblər.Tədbirdə Cülyan kənd seçiciləri Rafiq Orucov, İmran Məmmədov, Əmirxan Piriyev, Xanagah kənd seçiciləri Feyzulla Camalov, Məlhəm Gözəlov, Rafiq Aydınov və başqaları çıxış edərək qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası tərəqqi və inkişafdan bəhrələnərək sıralarını sağlam düşüncəli, aydın fikirli vətəndaşlarla artıraraq daha da qüdrətlənir. Sevindirici hal isə ondan ibarətdir ki, eyni əqidəli insanlar məhz ölkəmizdə lider partiya olan Yeni Azərbaycan Partiyasının və təbii ki, bu partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşiblər. Zaman özü sübut etdi ki, Yeni Azərbaycan Partiyası xalqın ona olan ümidlərini doğruldub və Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edib.Məhz bu prinsipləri əldə rəhbər tutan biz seçicilər, 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində öz səslərini yenidən sabitliyə, tərəqqiyə, inkişafa, sosial rifaha və bizləri bu inkişaf yoluna daşıyan Yeni Azərbaycan Partiyasına verəcəklərini bildiriblər.

ZÜMRÜD

Digər xəbərlər