Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün tədris edilən "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" və "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzularında açıq dərslər davam edir.
AzərTAc xəbər verir ki, böyük şəxsiyyət, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin zəngin irsinin məktəblilər tərəfindən öyrənilməsində mühüm əhəmiyyət kəsb edən açıq dərslər rayonun ən təcrübəli tarix müəllimləri tərəfindən tədris olunur.
Dekabrın 10-da keçirilən növbəti açıq dərsdə Ağstafa şəhərindəki 2 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Şagirdlərin yüksək fəallığı şəraitində davam edən dərsdə müəllim İndira Səmədova Ulu Öndərin həyatı, ötən əsrin 90-cı illərində SSRİ-nin dağılması və erməni təcavüzü şəraitində Azərbaycandakı ağır ictimai-siyasi vəziyyət, xalqın təkidli tələbi ilə Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəlişi, müstəqil dövlət quruculuğu yolunda gərgin mübarizəsi barədə ətraflı məlumat verib.
Şagirdlərin diqqətinə çatdırılıb ki, bu gün Ulu Öndərin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirib.
AzərTAc