Bu gün "Sağlam Ailə" tibb mərkəzi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və AVROMED Şirkətinin təşkilatçılığı ilə "Sağlam gənclik, sağlam gələcək" Forumu həyata keçirilir. SİA-nın məlumatına görə, Forum Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyası, İUSTİ beynəlxalq təşkilatının dəstəyi ilə təşkil olunub. Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digərləri iştirak edir.Tədbirdə ümumilikdə mövzu ilə əlaqədar dövlət rəsmiləri, özəl qurumlar, gənclər təşkilatlarının nümayəndələri, yerli və xarici ekspertlərdən ibarət 500 nəfər iştirak edir.Rəsmi hissədə sözügedən mövzuda Azərbaycanda görülən işlər və perspektivlər mövzusunda dövlət rəsmilərinin çıxışları dinlənilib. Akademik hissədə isə dünyanın 8 ölkəsindən (Almaniya, Avstriya, Azərbaycan, Rusiya, İngiltərə, Xorvatiya, Estoniya və Ukrayna) dəvət olunmuş tibb mütəxəssisləri, professorların cinsi və reproduktiv sağlamlığa dair elmin son nailiyyətləri, sağlam həyat tərzinin təbliği, gənclər arasında tibbi maarifləndirmənin aparılması mövzularında çıxışlarına yer verilib.
sia.az