"Avropa Şurası ABŞ və İngiltərənin bir idarəsi kimi fəaliyyət göstərir"
"Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın son bəyanatı qətiyyən başadüşülən deyil. Onun dedikləri ilə Avropa Şurasının fəaliyyət istiqamətləri arasında böyük zidiyyət var. Çünki kimliyindən asılı olmayaraq, cinayət tərkibli əməli olan hər hansı bir şəxsin müdafiəsi sadəcə yersiz təzyiq vasitəsidir. Belə çıxır ki, bu qurum dövlətlərin hüquq-mühafizə orqanlarının, məhkəmələrinin də funskiyasını yerinə yetirə, onlara təzyiq edə bilər?" Bu fikirləri SİA-ya açıqlamasında ekspert Vüqar Əsgərov bildirib.Avropa Şurasının baş katibinin Xədicə İsmayılın dərhal azad olunması ilə bağlı çağırışına münasibət bildirən V.Əsgərov qeyd edib ki, bu qurum özünün demokratik imicini çoxdan itirib: "Avropa Şurası ABŞ və İngiltərənin bir idarəsi kimi fəaliyyət göstərir, bu beynəlxalq təşkilat faktiki olaraq əsasən bu iki dövlətin tapşırıqlarını yetirir. Xədicə İsmayıl Azərbaycan vətəndaşıdır, yerli hüquq-mühafizə orqanları da istintaq aparır. Hər hansı bir kənar müdaxilənin olması qətiyyən yolverilməzdir. Əgər Xədicə İsmayılın Qərb qarşısında öhəlikləri olmayıbsa, o zaman nə üçün onlar Xədicəni ciddi cəhdlə müdafiə edirlər?"
sia.az