PDF Oxu

Siyasət

  • 11

Partiya rəsmisi Avropa Şurasına “dərs” keçdi

Partiya rəsmisi Avropa Şurasına “dərs” keçdi

"Nə Avropa Birliyi, nə də başqa bir beynəlxalq təşkilatın Azərbaycandan nəyisə nəinki tələb etməyə, heç tövsiyə verməyə də haqqı yoxdur. Çünki onlar illərdir ki, bir milyona yaxın insanımızın taleyi ilə bağlı heç vaxt danışmayıblar. İndi bir nəfər satqına görə, ölkəmiz qarşısında tələb qoymaq onların özünü gülünc vəziyyətə qoyur". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.Qərb dairələrindən Xədicə İsmayılın dərhal azad edilməsi ilə bağlı səslənən çağırışları şərh edən E. Mirzəbəyli qeyd edib ki, Xədicə İsmayıl onlara sərf edən adam olub: "Onlara ağa qara deyən, hər şeyə ləkə yaxan, sapı özümüzdən olan balta lazım idi. Onlar Leyla Yunusun, Xədicə İsmayılın simasında bunu əldə etmişdilər. İndi bunlardan biri dövlətə xəyanət etdiyinə görə, o biri də cinayət tərkibli digər qanunsuz hərəkətlərinə görə qanun qarşısında cavab verəcəklər. Təbii ki, bu da Qərbi narahat edir. Avropa Şurası yerini bilsin, əgər həqiqətən də insan hüquqlarının qeydinə qalırsa, o zaman ABŞ-a nəzər salsın. Bizə dərs keçmək lazım deyil, lazım gələrsə, biz bütün sahələr üzrə Avropa Şurasına dərs verə bilərik. Elə demokratiyanın nə olduğunu da onlara nümunələrlə sübut edə bilərik" .

sia.az

Digər xəbərlər