Qarsda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qars şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət edib, Heydər Əliyevin abidəsi önünə əklil qoyub. Bu barədə SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Qeyd edək ki, E. Məmmədyarov Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli iclasında iştirak etmək üçün Qarsa səfər edib.
sia.az