PDF Oxu

Siyasət

  • 13

Nəsimi rayonunda bələdiyyə seçkilərinə namizəd qadınlarla görüş keçirildi

Nəsimi rayonunda bələdiyyə seçkilərinə namizəd qadınlarla görüş keçirildi

Dünən bələdiyyə seçkilərinə namizədliyi irəli sürülmüş şəxslərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Seçki Qərargahında qadın namizədlərlə rayonun fəal qadınlarının görüşü keçirildi. İlk olaraq tədbir iştirakçıları bir dəqiqəlik sükutla Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının Seçki Qərargahının sədri, millət vəkili Məlahət İbrahimqızı Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətinə nəzər saldı. Ulu Öndərin Azərbaycan qadınlarının ictimai fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini qeyd edən M.İbrahimqızı Azərbaycan qadınlarının fəallığının artması, bilik və bacarığı gerçəkləşdirmək üçün ölkəmizdə geniş imkanlar yaradıldığını bildirdi: "Ulu Öndər Heydər Əliyevin imzası ilə qəbul edilən qərarların, fərmanların, sərəncamların müəyyən hissəsi qadınlarımızın hüquqlarının qorunmasına xidmət edir. Müasir dövrümüzdə dövlət idarəetməsində qadınlar çox müvəffəqiyyətlə işləyirlər. Bu gün parlamentdə təmsil olunan qadınların faizi ötən illərlə müqayisədə artıb".

Məlahət İbrahimqızı qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını bildirdi. Bu gün dövlət qadın siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən M.İbrahimqızı ölkə başçısının Sərəncamı ilə rayon icra hakimiyyəti başçılarının müavinlərinin qadınların təyin olunması elə qadına olan inam, etibar, eləcə də Ulu Öndərin dövlət qadın siyasətinin uğurlu davamı olaraq qiymətləndirilir.

Millət vəkili Məlahət İbrahimqızı 23 dekabr tarixində bələdiyyə seçkilərində qadına xüsusi önəm verildiyini bildirərək, qadınların ictimai fəallığının ildən-ilə artdığını vurğuladı. O, YAP Nəsimi rayon təşkilatı tərəfindən 19 nəfərin bələdiyyə üzvlüyünə namizədliyinin irəli sürüldüyünü qeyd etdi. "YAP alternativsiz partiyadır"- deyən M.İbrahimqızı rayon təşkilatı tərəfindən bu il bələdiyyələrə namiizədliyi irəli sürülənlər sırasında qadınların 30 % təşkil etdiyini söylədi. Əvvəlki bələdiyyə seçkilərində isə bunun 26-27% təşkil etdiyini diqqətə çəkdi və bələdiyyə seçkilərində namizədliyi irəli sürülən qadınlara uğurlar arzuladı.

Görüşdə çıxış edən Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva bəldiyyələrə namizədliyi irəli sürülən qadınlara uğurlar arzuladı və bildirdi ki, Yeni Azərbaycan Partiyasının, eləcə də bələdiyyələrin yaranması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə bir partiyanın üzvü olduqlarına, onlara göstərilən bu etimada görə məsuliyyətli olmağı tövsiyə etdi.

Sonra Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə seçkilərinə namizədlikləri irəli sürülən qadınlar özləri haqda qısa şəkildə məlumat verərək, bu seçkilərdə iştiraklarından qürur duyduqlarını, seçkilərin ədalətli, demokratik şəkildə rəqabət mühitində keçəcəyinə inandıqlarını bildirdilər.

Sonra namizədlər tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər